Rəsulzadə və Nizaminin türk sevgisi

15:38 30.01.2024 4 781







Rövşən ŞİRALIYEV







Bütün həyatı boyu istiqlal eşqi ilə yasayan Məhəmməd Əmin Rəsulzadə Nizami Gəncəvini bir eşq şairi kimi təqdim etdikdə, bu eşqi bir tərəfdə kainatın dayağı, digər tərəfdə türkün gözəlliyi kontekstində təqdim edirdi. Nizami eşqi kainatın dayağı sanaraq deyirdi:

Arasan cahanın oluşunu,
Eşqdə bularıq duruşunu.

Türk sevgisi haqqında isə Rəsulzadə yazırdı:

Rəsulzadə və Nizaminin türk sevgisi

"Gözəllik məfhumu olaraq işlədilən "türk" sözünün həqiqi və məcazi mənalarda digər şair və yazıçılarda da nümunələrini tapmaq mümkündür. Amma yəqin ki, heç bir yerdə və farsca yazılmış heç bir əsərdə "türk" məfhumu Nizamidə olduğu qədər sevgi və məntiqi silsilə ilə ifadə edilməmişdir. Şairin təhlil etməkdə olduğumuz "Xəmsə"sində bu müddəanın 80-dən artıq müxtəlif dəlil və əsaslarını tapmışıq".

Rəsulzadə bu dəlilləri ümumiləşdirərək, deyir:

"Nizami "türk" deyir - gözəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, bilici, ər, rəhbər və başçı nəzərdə tutur; "türklük" deyir - gözəllik, yaxşılıq, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, sərkərdəlik, başçılıq demək istəyir; "Türküstan" deyir - vəfa, doğruluq, istənilən yerə qovuşmaq (vüsal) nəzərdə tutur".

Rəsulzadə bu fikirlərini kifayət qədər geniş izah etməklə kifayətlənmir, həm də bu fikirləri nəzmə çəkir:

"Əcəmcə yazmışsa da gər, o, türkdür,
"Xəmsə"sində türkün rolu böyükdür.

"Türklük" deyir, o, gözəllik anlayır,
Həm eynilik, həm özəllik anlayır.

Dünyadakı gözəllərdən bəhs edir,
Bunları hep o, "türk" deyə vəsf edir.

Onun da türk, göyçək gözü gözəldir,
Sözü doğru, dili dadlı, səkərdir...".

Rəsulzadənin məsnəvisindən bir parçanı təqdim etdim sizə. Düşünürəm ki, Rəsulzadənin Nizami sevgisi, türk sevgisi bu kiçik parçada da aydınlasir.

Bu iki dahini 800 illik bir zaman ayırsa da, onları birləşdirən amal elə türk sevgisidir, bəşəri sevgidir.

Bir zamanlar Nizaminin gördüyü sayğısızlığı indi Rəsulzadə görür. Amma bu isimləri, onların qazandıqları sevgini kimsə qədirbilən insanların - milyonların qəlbindən silə bilməyəcək. Bu, o zaman baş verə bilər ki, insan övladı artıq göydəki Günəşə də həsrət qalıb.

Dahi Məhəmməd Əmin Rəsulzadənin 140 yaşı tamam olur sabah (31 yanvar). Ruhun şad olsun, deyirəm, Böyük İnsan! Sən bizə Vətəni də, onun zəkalı övladlarını da sevməyi öyrətdin!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}