Prezident 1 sərəncam, 2 fərman imzaladı

20:17 2.02.2024 1 869
Prezident 1 sərəncam, 2 fərman imzaladı

Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

1. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 316 (Cild I) 4.3-cü bəndində “400” rəqəmləri “369.26” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci, 1.1.15-ci maddələrində, 5.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.2-ci maddəsində, 5.3-cü maddəsinin ikinci cümləsində, 5.4-cü, 5.5-ci maddələrində, 5.6-cı maddəsinin birinci cümləsində, 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin ikinci və üçüncü cümlələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 11.7-ci maddəsində, 11.8-ci maddəsinin birinci cümləsində, 11.10-cu maddəsində, 11.11-ci maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin ikinci cümləsində və 12.5-ci maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.1.2-ci maddəsində, 5.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.2-ci maddəsində, 5.3-cü maddəsinin ikinci cümləsində, 5.4-cü, 5.5-ci maddələrində, 5.6-cı maddəsinin birinci cümləsində, 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin ikinci və üçüncü cümlələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 11.7-ci maddəsində, 11.8-ci maddəsinin birinci cümləsində, 11.10-cu maddəsində, 11.11-ci maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin ikinci cümləsində və 12.5-ci maddəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 1.1.15-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1.1. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci və 5.4-cü maddələrinə uyğun olaraq, bazar iştirakçılarına dair meyarları və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi qaydasını;

2.1.2. həmin Qanunun 5.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını;

2.1.3. həmin Qanunun 5.2-ci maddəsinə uyğun olaraq, strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturalarını;

2.1.4. həmin Qanunun 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrinə, 12.1-ci maddəsinin ikinci cümləsinə və 12.5-ci maddəsinə uyğun olaraq, dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasını və təqdim edilməsi qaydasını;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.


***

Prezident İlham Əliyev “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının 2-ci hissəsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 510 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənddən “8.2-ci maddəsində və” sözləri çıxarılsın;

1.2. 2.3-cü bənddə “, 8.5-ci, 9.1-ci maddələrində, 9.2-ci maddəsinin ikinci cümləsində, 9.4-cü, 11.1-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;

1.3. 2.4-cü bənd ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485 (Cild I) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. II hissənin 1-ci bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar” sütunundan “və səfərbərlik” sözləri çıxarılsın;

2.2. IV hissənin 19-cu bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar” sütunundan “və (və ya) səfərbərlik” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 664 (Cild I) ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın 1.1-ci bəndində “taxıl fondu” sözləri “ehtiyatları” sözü ilə, “buğda” sözü “mallar” sözü ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1100 (Cild I) 3.1-ci bəndindən “və səfərbərlik” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 1594 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 105 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.1-ci bənddən “və səfərbərlik” və “, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan” sözləri çıxarılsın;

5.2. 2.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.3. strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılmasını və idarə edilməsini, habelə dövlət ehtiyatları üzrə nəzarəti həyata keçirmək;”;

5.3. 2.1.4-cü, 3.1.8-ci, 3.1.10-cu və 3.1.16-cı yarımbəndlər ləğv edilsin;

5.4. 2.1.5-ci, 2.1.8-ci, 3.1.2–3.1.7-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1.5. yaratdığı strateji və fövqəladə ehtiyatlar üçün malların tədarükü üzrə sifarişçi qismində müvafiq tədbirlər görmək;”;

“2.1.8. strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq, bu məqsədlə müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, habelə proqnozlaşdırmada iştirak etmək;”;

“3.1.2. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə dövlət ehtiyatlarının çeşidi və həcmi barədə tələbatı öyrənmək, strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılması məqsədilə sifarişçi qismində tədbirlər görmək, o cümlədən müqavilələr bağlamaq;

3.1.3. strateji əhəmiyyətli malların siyahısı, dövlət ehtiyatlarının və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları ilə bağlı təkliflər vermək, həmin nomenklaturalar üzrə strateji ehtiyatların, habelə saxlanılmasını həyata keçirdiyi fövqəladə ehtiyatlarda və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları üzrə minimal həcmləri təmin etmək, istehlak bazarının strateji əhəmiyyətli mallarla təmin edilməsi məqsədilə daxili və xarici bazarları mütəmadi təhlil etmək, qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək və bununla bağlı təkliflər vermək;

3.1.4. strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılmasını, idarə edilməsini, strateji ehtiyatların yerləşdirilməsini və dövlət ehtiyatlarına nəzarəti həyata keçirmək;

3.1.5. bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli malların nomenklaturasındakı minimal həcmin azalma ehtimalı yarandıqda və ya həmin malların azalması müşahidə olunduqda, bu halların qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;

3.1.6. dövlət ehtiyatlarına aid malların uçotunu aparmaq, həmçinin saxlanılmasını təmin etdiyi strateji və fövqəladə ehtiyatların yeniləşdirilməsi və əvəzləşdirilməsi ilə bağlı tədbirlər görmək;

3.1.7. dövlət ehtiyatlarının keyfiyyətinə və saxlanılma şəraitinə nəzarəti həyata keçirmək, habelə dövlət ehtiyatlarının tədarükü, yerləşdirilməsi, saxlanılması, buraxılması və istifadəsi zamanı Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə riayət olunmasına nəzarət etmək;”;

5.5. 3.1.9-cu yarımbənddə “dövlət və səfərbərlik ehtiyatlarının” sözləri “strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların” sözləri ilə əvəz edilsin;

5.6. 3.1.13-cü və 3.1.14-cü yarımbəndlərdən “və səfərbərlik” sözləri çıxarılsın;

5.7. 3.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.15. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu ilə bağlı illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;”.

6. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 789-VIQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 20 fevral tarixli 2038 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 246 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.1-ci bənddən “30.5-ci, 30.6-cı, 30.7-ci” sözləri çıxarılsın;

6.2. 1.2-ci bənddən “30.6-cı, 30.7-ci” sözləri çıxarılsın;

6.3. 1.3-cü bənd ləğv edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsinlər.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}