Sabirabad polisindən Qaziyə qarşı hörmətsizlik

21:08 2.02.2024 1 883
Sabirabad polisindən Qaziyə qarşı hörmətsizlik

Səlimov Talıb Abutalıb oğlu Qarabağ müharibəsi qazisidir. Sabirabadın Qaragüney kəndindəndir. Kəndlərinə gedən yolun üstündə qurulmuş polis postundakılarla arasında gərginlik yaranıb.

Qazimizin anası dünyasını dəyişib. Talıbgilin həyətini, ətrafı səhmana salmaq üçün evlərinə bir neçə maşın çınqıl, qırma daş(şeben) göndərilib. Bir maşının yükü boşaldılıb, qalan iki KAMAZ yük maşını isə Namiq adlı polis nəfərinin başçılıq etdiyi postdan buraxılmayıb. Deyiblər, bu materiallar yas məclisi üçündür. Hava yağmurlu keçir, hər tərəf palçıq, kənd içində yollar kələ-kötür. Yasa gəlib-gedənlərin əziyyət çəkməməsi üçün dost-tanış kömək edib çınqıl göndərir. Namiq deyilən polis işçisi isə dinini, imanını unudub, yük maşınlarını kəndə buraxmır. Hələ üstəlik Qaragüney kəndinə gedib yas düşən qapı-bacanı çəkdirir. Kömək etməkdənsə, mane olur. Yaxşı, gedib gördün ki, məsələ nədir, rəhmətə gedən var, daha sonrakı bu hərəkət nəyə lazım idi? Bu adam qanunsuz ev tikmir, inşaat materialı satmır. Anasını son mənzilə yola salır. Heç olmasa, belə həssas günlərdə hörmətsizlik etməyin. Qazilərə hörmət etmək hər kəsin borcudur. O cümlədən, postda duran Namiqin də.

Yəqin bu yazılanları Sabirabad Rayon İcra Hakimiyyəti, Sabirabad Rayon Polis Şöbəsi, Daxili İşlər Nazirliyində oxuyub, bir cavab verərlər.

Yerli icra hakimiyyətində, yerli polis şöbəsində bu hadisəni bilmirdilərsə, indi bu məqalədən bilib, agah olsunlar, Qazinin səsinə səs versinlər. 2-3 maşın çınqıl nədir ki, onu söz-söhbətə çevirmisiniz? Heç olmasa, rəhmətə gedənin ruhundan utanın. Adam bilmir dərdini çəksin, yoxsa polislə uğraşsın?!.


Sima BABAYEVA,
BİA.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}