Türk soylu məktəblilərin olimpiadası keçiriləcək

18:43 22.02.2024 2 254
Türk soylu məktəblilərin olimpiadası keçiriləcək

Türk İnteqrasiya Olimpiadası keçiriləcək.

Xəbər verilir ki, bilik yarışı Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında baş tutacaq.

Olimpiada türk xalqlarının “Dildə, fikirdə, işdə birlik” şüarının fərqində olmalarını və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu ilə birləşməsini hədəfləyib.

TİO Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən "Hədəf Şirkətlər Qrupu"na daxil olan "Hədəf Nəşrləri" tərəfindən təsis edilib. 13 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır.

Belə ki, bir sualın şərtində və cavab variantlarında 2-5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqında olacaq.

Olimpiadanın dörd əsas məqsədi var:

1. Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;

2. Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

3. Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

4. Türk xalqlarının “İşdə, dildə, əməldə birliy”in fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.


Olimpiada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauzya, Çuvaşıstan, Özbəkistan, Bolqarıstan, Başqırdıstan, Altay, Tuva, Saxa Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Güney Azərbaycan, Kərkük türklərini əhatə edəcək.

Olimpiadada bu şərtlərlə iştirak mümkündür:

1. Hər bir türkdilli ölkə öz seçim mərhələsini təşkil edəcək;

2. Seçim mərhələsində 40 %-dən çox nəticə göstərən şagirdlər finalda iştirak haqqı qazanacaq;

3. Hər komandanın rəhbəri olacaq;

4. TİO-nun son qeydiyyat günü olimpiadada 13 yaşı tamam olmuş və yaşı 16-dan çox olmayan məktəblilər iştirak edə biləcəklər.


TİO iki mərhələdə baş tutacaq:

1. Seçim mərhələsi (milli raund) – fevral – aprel ayları;

2. Final mərhələsi (qlobal raund) – may ayı.

Olimpiada iştirakçıları 20 sualı cavablandıracaq. Qiymətləndirmə isə sualların çətinlik dərəcəsinə görə aparılacaq:

1) 5 asan sual 4 bal;

2) 10 orta sual 5 bal;

3) 5 çətin sual 6 bal.


Maksimum bal 100-dür. İmtahan müddəti 60 dəqiqədir.

Əlavə məlumat üçün:

(+994) 77 220 03 02


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}