Emin Mahmidov: "Bizi maraqlı bir oyun gözləyir"

19:45 24.03.2024 1 750
Emin Mahmidov: "Bizi maraqlı bir oyun gözləyir"

"Əlimizdən gələni edəcəyik ki, sabahkı matçda qələbə qazanaq".

"Report" xəbər verir ki, bunu milli komandanın kapitanı Emin Mahmudov "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

E.Mahmudov oyunla bağlı fikirlərini bölüşüb:

"Öz oyunumuzu göstərib, qələbə qazanmağa çalışacağıq. Bizi maraqlı bir oyun gözləyir".

Yarımmüdafiəçi baş məşqçi məsələsinə toxunub:

"Mən milli komandada həm yerli, həm də xarici baş məşqçilərlə işləmişəm. Məşqçilər barədə nəsə demək istəmirəm. Hər biri ilə münasibətim yaxşıdır".

Azərbaycan millisinin Gürcüstan və Qazaxıstan millisinin hazırkı mövsümdə etdiklərini təkrarlamaq ehtimalı ilə bağlı verilən sualı Emin Mahmudov təmkinli cavablayıb:

"Bir qədər çətin sualdır. Biz Qazaxıstan millisi ilə eyni qrupda idik. Səfərdə qalib gələ bilməsək də, qələbə qazanmaq üçün şanslarımız çox idi. Deyə bilmərəm ki, Qazaxıstan millisi bunu bəxt hesabına etdi. Biz də çalışacağıq ki, yaxın gələcəkdə bunu təkrarlayaq".

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 25-də Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}