İrəvanın yeni planı: "Atəşkəsi ona görə pozurlar ki..." - ŞƏRH

12:10 2.04.2024 1 379
İrəvanın yeni planı: "Atəşkəsi ona görə pozurlar ki..." - ŞƏRH

“Bütün bunlar Ermənistanın çox çətin vəziyyətdə olmasının göstəricisidir. Onların ölkədə Avropa Birliyinin sülh missiyasının hərbiləşdirilmiş formasını yaratması və ABŞ-ın, bəzi Avropa dövlətlərinin hərbçilərini Ermənistana gətirmək istəyi hələlik havadan asılıdır. Ona görə Ermənistanın vəziyyəti gərginləşdirməsi, dünyanın diqqətini regiona yönəltməsi, guya Azərbaycanın onlara qarşı təzyiq etdiyini dünya ictimaiyyətinə çatdırmaq istəyi avantürist addımları diqtə edir”.

Bunu açıqlamasında yazıçı Səfər Alışarlı Ermənistanın Naxçıvandakı mövqelərimizi atəşə tutması haqda danışarkən deyib.


S.Alışarlı Ermənistanın bu təxribatlarla yeni havadarlar axtarışında olduğunu bildirib:

“Ona görə son günlər istər Zəngəzur sərhədində, istər Kəlbəcər, istərsə də Naxçıvanda ermənilərin atəşkəsi pozmaq cəhdləri müşahidə olunur. Onlar bu addımla dünya ictimaiyyətinin diqqətini regiona yönəltməyə çalışırlar ki, Rusiyadan nisbətən asanlıqla qopa və Ermənistanı Avropa Birliyi, eləcə də ABŞ-ın, Fransanın himayəsinə sala bilsinlər”.

S.Alışarlı bütün bunlara baxmayaraq, Azərbaycanın işğal altında olan kəndləri qaytarmaqda mövqeyinin qəti olduğunu deyib:

“Azərbaycan çox haqlı olaraq erməni işğalında olan kəndlərin qaytarılması məsələsini qətiləşdirir. Paşinyanın durumu çox çətindir. Qazaxın erməni işğalında olan kəndlərində əhalinin dirəniş göstərməsi kimi xəbərlər isə vəziyyəti bir az da dramatikləşdirmək üçündür. Çünki onlar bilirlər ki, Azərbaycan Ordusu hərəkətə keçsə, bir neçə saatın içində o kəndlərin taleyini həll edə bilər. Amma bununla belə artistcəsinə orda yığıncaqlar keçirirlər, guya hökumətə tabe olmayan silahlı birləşmələri nümayiş etdirirlər, Paşinyan özü ora gəlir və sair. Ona görə də Azərbaycan hökumətinin təmkin və səbri, eləcə də bu provakasiyalara münasibəti normaldır. Hesab edirəm ki, yaxın vaxtlarda adı çəkilən kəndlərin qaytarılmasıyla bağlı addımlar atılacaq və məsələlər həll olunacaq”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}