Azərbaycandan başqa, heç bir ölkədə karantin rejimi yoxdur - Ekspert

14:57 6.04.2024 1 568
Azərbaycandan başqa, heç bir ölkədə karantin rejimi yoxdur - Ekspert

“Azərbaycan ərazisində xüsusi karantin rejiminin iyulun 1-dək uzadılmasını düzgün qərar hesab etmirəm. Hazırda dünyanın heç bir yerində karantin rejimi yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı bütün protokol və tövsiyələri ləğv edib. Azərbaycan hökuməti illər əvvəl karantin rejimi ilə bağlı qərar verərkən, məhz həmin protokollara istinad etmişdi. Ona görə də hökumətin hələ də təkidlə "karantin var" deməsi inandırıcı deyil. Aydın məsələdir ki, ortada başqa məsələlər var".

Bu fikirləri KİV-ə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, sərhəddə məhdudiyyətin saxlanmasının başlıca səbəblərindən biri ölkədən valyuta çıxışının qarşısını almaqdır. Onun fikrincə, bu da çox yanlış bir yoldur və iqtisadi aktivliyə mənfi təsir göstərir:

“Azərbaycanın, karantin rejiminə əsaslanaraq, quru sərhədlərini bağlı saxlaması ölkə iqtisadiyyatına və turizmə çox böyük ziyan vurur. Azərbaycan iqtisadiyyatı keçən il MDB-də ən aşağı göstəricilərə malik olub. Ümumi daxili məhsul isə 1 faiz civarında artıb. Bunun əsas səbəblərindən biri də quru sərhədlərin bağlı qalmasıdır. Son iki ilə nisbətdə 2019-cu ildə ölkəyə 2 dəfədən çox turist gəlib və onların xərclədikləri pul dəfələrlə çox idi. Bu da onu deməyə əsas verir ki, karantin rejiminin uzadılması iqtisadiyyata külli miqdarda ziyan vurur. İnkişafın qarşısında duran ən böyük maneələrdən biri neçə ildir ki, bağlı olan quru sərhədlərdir. Bu problem həll olunsa, ölkənin turizm sənayesi daha yaxşı inkişaf edər. Azərbaycanda bir yandan turizmi prioritet elan edib, digər yandan bu sahəni boğmaqla məşğuldurlar. Quru sərhədi bağlı olan ölkədə turizm inkişaf edə bilməz. Qonşu ölkələrin statistikasına nəzər yetirəndə Azərbaycan turizminin geridə qaldığını görürük. Buna səbəb ölkəyə turist gəlişinin yox səviyyəsində olmasıdır".

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}