"Zəngəzur dəhlizi iki halda açıla bilər" - ŞƏRH

13:25 24.04.2024 1 771
"Zəngəzur dəhlizi iki halda açıla bilər" - ŞƏRH

“Zəngəzur dəhlizi məsələsi həqiqətən də hazırda siyasi gündəmin əsas mövzularından biridir. Bu, Cənubi Qafqaz, Rusiya və İran kimi qonşularımız, eləcə də Orta Asiya, Çin üçün maraqla izlənilən bir geopolitik məsələdir. Ona görə də bu istiqamətə müzakirələr səngimir. Təbii ki, birinci növbədə Ermənistan buna müqavimət göstərir. İrəvanın istəyi ondan ibarətdir ki, Rusiya sərhəd xidməti bu yola nəzarət etməsin. İkincisi, Ermənistanla İran arasında gizli bir sövdləşmə mövcuddur ki, Naxçıvanın blokadası uzun müddət davam etsin, Azərbaycanla onun bir parçası olan Naxçıvan arası nəqliyyat yolu bərpa olunmasın”.

Bunu açıqlamasında professor Qulu Məhərrəmli deyib. O, bu məsələdə Rusiya və Ermənistanın razılığa gələ bilmədiklərini bildirib:


“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, üçtərəfli razılaşmada açıq-aşkar nəqliyyat yolunun bərpası, bu yolun Rusiya sərhədçilərinin nəzarəti altında fəaliyyət göstərməsi əksini tapıb. Ona görə də burda əsas problem Ermənistanla Rusiya arasındadır. Ermənistan Naxçıvana yolun açılmasına özünün kommunikasiya qovşaqlarının artması kondekstində bəlkə də razılaşar. Amma istəyir ki, Rusiya bu yola nəzarət etməsin. Rusiya da məsələnin bu cür qoyuluşuna etiraz edir”.

Q.Məhərrəmli Zəngəzur dəhlizi ilə bağlı İranın da gizli maraqlarının olduğunu qeyd edib:

“İranın gizli maraqları var. Çünki yükdaşımalar, sərnişin nəqliyyatının o istiqamətdə işləməsi İranın iqtisadi maraqlarına birbaşa ziddir. Yəni geopolitik düyün elə formalaşıb ki, onu açmaq, həll etmək getdikcə çətinləşir”.

Q.Məhərrəmlinin sözlərinə görə, Azərbaycan bu üç dövlətlə münasibətdə düşünülmüş şəkildə addım atır:

“Ona görə də Azərbaycan Rusiyayla da əlaqələrini normallaşdırmağa, İranla qarşılıqlı münasibətlərini yaxşı qurmağa, Ermənistanla aparılan danışıqlarda işguzar, konstruktiv mövqedə dayanmağa çalışır.

Regiona getdikcə təsiri artan Türkiyənin də bu məsələdə böyük marağı var. O, çalışır ki, Azərbaycan, Orta Asiyay ölkələri, Çin, Əfqanıstan və Pakistanla əlaqələri bu dəhliz vasitəsilə reallaşdırılsın. Bu dəhliz Şərq dünyasının Avropaya çıxışının incə bir nöqtəsidir”.

Q.Məhərrəmli dəhlizin açılması üçün Rusiya və Ermənistanın razılığa gəlməsinin vacibliyini vurğulayıb:

“Ona görə, mənə elə gəlir ki, Rusiyayla Ermənistan arasında anlaşma yaranmayınca, dəhlizin fəaliyyətə başlaması çətin olacaq. Təbii ki, burda Rusiyanın özünün də müəyyən gizli maraqları var. İndiki halda dəhlizin işə düşməsinin bu və ya başqa formada Rusiyanın maraqlarına uyğun gəlməyən nöqtələri var. Türkiyəylə, İranla əlaqələr bu dəhliz vasitəsilə reallaşdırıla bilər, amma faktiki olaraq, bu, o şərtlə mümkün olar ki, yola Rusiya nəzarət etsin. Əslində, belə geniş götürəndə, bu, müstəqil dövlətlərin bir çoxunun maraqlarına ziddir. Ona görə də belə bir düyünün açılmasına ehtiyac var”.

Professor bildirib ki, Zəngəzur dəhlizi məsələsində Qərb də Ermənistana təsir göstərir:

“Bu məsələdə Ermənistanın arxasında dayanan Qərbin də müəyyən marağı var. Qərb ciddi şəkildə Ermənistandan peyk kimi istifadə etməklə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır. Bu da əlavə çətinliklər yaradır. Həm Avropa Birliyi və ABŞ arasında, həm də region ölkələri arasında həll olunmamış bir çox məsələlər Zəngəzur dəhlizində bir nöqtədə birləşir. Ona görə hesab edirəm ki, bunun həlli yolu ya Rusiyanın sərt cərrahi müdaxiləsi ilə, ya da Ermənistan, Rusiya, Azərbaycan və Türkiyə anlaşması nəticəsində mümkün ola bilər”.

Qeyd edək ki, Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Zəngəzur dəhlizindən danışıb. Prezident bildirib ki, üçtərəfli bəyanatda müvafiq razılaşma əksini tapsa da, Ermənistan üç ildən çoxdur ki, bu müddəanı pozur.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}