Bolqarıstan prezidenti Bakıda gimnastika arenasında

19:12 8.05.2024 1 190
Bolqarıstan prezidenti Bakıda gimnastika arenasında

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva mayın 8-də Milli Gimnastika Arenası ilə tanış olublar.

Xəbər verilir ki, gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva Arenada yaradılan şərait barədə Bolqarıstan Prezidentinə və xanımına məlumat veriblər.

Bildirilib ki, 9600 tamaşaçı üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası iki hissədən ibarətdir. Arenada gimnastların beynəlxalq yarışlara müntəzəm hazırlıq prosesi aparılır. Buradakı gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, auditoriyalar, atletlər üçün xidmət göstərən yeməkxana mövcuddur.

Kompleksdə, həmçinin mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman qurğusunda otel də yaradılıb.

Məlumat verilib ki, Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edilməsi, yerli idmançıların hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Burada 200-ə yaxın 12-13 yaşından yuxarı oğlan və qızlar idmanla yanaşı, Təhsil Nazirliyi ilə razılaşma əsasında öz təhsillərini də davam etdirirlər. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə də əlaqələrini inkişaf etdirir.

Qeyd olunub ki, Milli Gimnastika Arenası ölkəmizdə bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Gimnastikanın müxtəlif növləri üzrə nüfuzlu beynəlxalq turnirlərlə yanaşı, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi, 2015-ci ildə I Avropa və 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarının gimnastika yarışları, 2018-ci ildə cüdo üzrə dünya çempionatı bu möhtəşəm arenada təşkil olunub.

Komplekslə tanışlıqdan sonra Bolqarıstan Prezidenti və birinci xanımı bədii gimnastların nümunəvi çıxışlarına baxıblar.

Daha sonra Prezident Rumen Radev və birinci xanım Desislava Radeva Azərbaycanda fəaliyyət göstərən bolqarıstanlı idmançı və idman xadimləri ilə görüşüblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}