"Müsavat" fəalı öldürüləndən sonra doğranılıb, daha sonra... - Təfərrüatlar

18:18 29.05.2024 1 176
"Müsavat" fəalı öldürüləndən sonra doğranılıb, daha sonra... - Təfərrüatlar

“Müsavat” fəalı Natiq Ulubəyin dəhşətli qətlinin təfərrüatları ortaya çıxıb.

Qətllə bağlı vəkil Nemət Kərimli “Basta”ya açıqlama verib.

Deyib ki, Natiq Ulubəy ölümündən bir müddət əvvəl öz bacısına müraciət edərək çalışdığı 55 saylı orta məktəbdə direktor müavini Elsevər İslamov tərəfindən əsassız təzyiqlərə məruz qaldığını bildirib.

“Natiq Ulubəy ali təhsilli olsa da, ixtisasına uyğun işlə təmin edilməyib, ona görə məktəbdə gözətçi işləyib. Xüsusən işlədiyi son dövrdə direktor müavini və idman müəllimi Elsevər İslamov tərəfindən əsassız təzyiqlərə məruz qalıb. Məsələn, “niyə masanı bura qoymusan”, yaxud “otaqda niyə kofe dəmləmisən” adı altında qısnamalar ilə üzləşib. Natiq Ulubəy öz bacısına bu təzyiqlərə görə yaxın günlərdə işdən çıxacağını deyibmiş. Halbuki, çox hövsələli, sakit adam olub” - deyə, vəkil bildirib.

Elsevər İslamova gəlincə, o, direktor müavini olmaqla yanaşı, həm də idman müəllimi olub və aqressiv xarakteri ilə seçilib.

“Bir neçə dəfə valideynlər Elsevər İslamovun, onların məktəbdə oxuyan övladlarını döyməsi ilə bağlı daxili yazışma qrupunda direktora şikayət ediblər” - deyə, vəkil bildirib. Lakin indi məlum olur ki, onun barəsində hər hansı bir tədbir görülməyib.

Qətlin bəsit motivi fonunda direktor müavininin göstərdiyi qəddarlıq isə xüsusilə dəhşətlidir. O, iddia edib ki, gözətçini gecə yarısı iş yerində yatdığı üçün öldürüb:

“Hadisə baş verən gün Elsevər İslamov gecənin yarısı içkili vəziyyətdə məktəbə gəlib. Natiq iş yerində yatıbmış. Direktor müavini, onun yatdığı yerdə şəklini çəkib və bu, Natiqin etirazına səbəb olub. Mübahisə başlayıb və direktor müavini başlayıb gözətçini döyməyə. Çox vəhşicəsinə döyüb, təpiyin altına salıb, başına, üzünə təpiklə vurub. Bütün bunlar təhlükəsizlik kamerasına düşüb. Natiq fiziki cəhətdən də zəif olduğu üçün özünü müdafiə edə bilməyib. Çox qəddarcasına döydükdən sonra da direktor müavininin ürəyi soyumayıb. Gedib, maşından bıçaq götürüb gəlib, bir də bıçaqla vurub”.

Vəkil bildirir ki, Natiq Ulubəyin bıçaqlanana qədər, yoxsa ondan sonra öldüyünü ekspertiza müəyyənləşdirəcək.

“Görünür, Natiqi öldürəndən sonra direktor müavini etdiyi cinayəti anlayıb. O, qəddarcasına cəsədi doğrayıb, sellofan paketlərə yığıb və maşının baqaj yerinə qoyub. Doğranmış cəsəd 3 gün maşında qalıb. Ondan sonra etdiyi cinayətin izini itirmək üçün cəsədi evinin yaxınlığındakı bir ağaclıqda basdırıb” - deyə, Nemət Kərimli təfərrüatları açıqlayıb.

Qeyd edək ki, Elsevər İslamov həbs edilib, onun barəsində CM-nin 120.2.4 -xüsusi amansızlıqla qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb.

Natiq Ulubəy qətlindən bir həftə sonra Nardaran qəbirstanlığında dəfn edilib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}