"Pirallahıda nə pir var, nə Allah, yalnız başçının zülmü var" - Şəhid övladı fəryad edir - VİDEO

14:12 31.05.2024 1 288
"Pirallahıda nə pir var, nə Allah, yalnız başçının zülmü var" - Şəhid övladı fəryad edir - VİDEO

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakini, şəhid Vəfalı Suvarovun ailəsinə məxsus obyekti sökdüyü, əvəzində başqa obyekt verəcəyini vəd etsə də, 11 ildən artıqdır şəhid ailəsini aldatdığı ilə bağlı xəbər vermişdik.

Bu barədə danışan şəhidin qızı Vüsalə Suvarova icra başçısını bir sıra qanunsuz əməllərdə ittiham etmiş, atasının şəhidlik pulu ilə tikdikləri obyektin onun tərəfindən sökdürülməsindən bəhs etmişdi.


V.Suvarovanın sözlərinə görə, atası Vəfalı Suvarov müharibəyə getməzdən öncə onlara yaşadıqları binanın qarşısında torpaq sahəsi verilib:

"Atam şəhid olduğu üçün uzun müddət həmin ərazidə heç bir iş görə bilmədik. 2011-ci ildə isə atamın şəhidlik pulu (qan pulu) ilə orada obyekt tikdik və saç ustası kimi fəaliyyət göstərməyə başladım. 2013-cü ildə Vasif İmanov Pirallahı rayonuna icra başçısı təyin ediləndən sonra bizimlə görüşdü. Dedi ki, sizin obyektinizi sökməliyəm, yerində uşaq meydançası salınacaq. O, bunun qarşılığında bizə başqa yerdə obyekt verəcəyini vəd etdi".

Amma icra başçısı vədinə əməl etməyib. Nə sökülən tikilinin əvəzinə nəsə verilib, nə də həmin sahədə uşaq meydançası tikilib:

"Düz 11 ildir icra başçısı bizi süründürür, hörmətsizlik edir, aşağılayır. Mənim atam bizi dövlətə etibar edib, gedib şəhid olub. İcra başçısı isə dəstək olmaq əvəzinə, əmlakımızı əlimizdən alır, yeganə çörək yerimizi qapadır. Pirallahıda nə pir var, nə Allah, yalnız başçının zülmü var".

Maraqlısı həm də odur ki, uşaq meydançası yaratmaq adı ilə söküntü aparılan ərazinin yaxınlığında sonradan müxtəlif obyektlər tikilib və mağaza kimi müxtəlif şəxslərə satılıb və ya icarəyə verilib.

Vüsalə Suvarovanın müsahibəsi və bir sıra dövlət orqanlarına davamlı şikayətlərindən sonra icra başçısı 11 il əvvəl söküntü apardığı ərazidə gecə ikən, cəmi 3-4 saat ərzində obyekt tikdirib. Şikayətçi bununla bağlı görüntüləri saytımıza təqdim edib. Görüntülərdən aydın olur ki, polis əraziyə gəlib, müdaxilə etsə də, sonradan fəhlələr öz işlərinə davam ediblər. Gecə ikən cəmi 3 saata balaca bir obyekt tikərək, məsələni ört-basdır etmək istəyiblər.

V.Suvarovanın dediyinə görə, yeni tikilən obyekt ona məxsus obyektdən iki dəfə balacadır.

Bütün bunlar azmış kimi, şəhid qızının sözlərinə görə, icra hakimiyyəti rəhbərliyinin öyrətdiyi şəxslər sosial şəbəkədə videomüsahibəsinə şərhlər yazaraq, onu təhqir ediblər.

V.Suvarova və anası Cəmilə Suvarova bununla bağlı Prezident İlham Əliyevə və rəsmi qurumlara müraciət edərək, kömək istəyib.


V.Suvarova deyir ki, 11 il ərzində icra hakimiyyəti tərəfindən onlara heç bir kompensasiya ödənilməyib, laqeyid münasibət göstərilib.


Pirallahı RİH-dən məsələ ilə bağlı verilən rəsmi açıqlamada isə deyilir:

“Bildiririk ki, müraciəti əsasında Vüsalə Suvarovanın anası Suvarova Cəmilə Cəlil qızına bələdiyyə tərəfindən Pirallahı qəsəbəsində 1000 kv.m torpaq sahəsi verilib və humanizm prinsipi əsas götürülərək, orada 3 ədəd fərdi yaşayış evinin tikintisinə şərait yaradılıb. Həmçinin anası, şəhid ailəsi kimi mənzil növbəsinə alınıb.

Vətəndaşlar müxtəlif müraciətləri (istəkləri) ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı və Aparatın məsul əməkdaşları tərəfindən müntəzəm qəbul edilib və dinləniliblər. Onlara daim diqqət və qayğı göstərilməkdədir. Daşınmaz əmlakla bağlı vətəndaşlar yaşadıqları binanin önündə onlara məxsus olmuş, fəaliyyət göstərməmiş, kommunal (qaz, su, işıq) təchizatı və heç bir sənədi olmayan obyektin söküldüyünü bildirərək, bərpasında köməklik göstərilməsini istəyiblər. Bununla bağlı hər hansı sənəd təqdim edilməyib. Həmçinin RİH tərəfindən iddia olunan tikinti sahəsi ilə bağlı hər hansı göstəriş, qərar verilməyib və fəaliyyət göstərən heç bir tikinti sökülməyib. Rayon ərazisində abadlıq-quruculuq işləri isə MKTB tərəfindən həyata keçirilir.

Bununla belə humanizm prinsipi əsas götürülərək, bu kateqoriya şəxslərlə bağlı görülən işlərin davamı kimi Pirallahı qəsəbəsində müxtəlif şəxslərə məxsus olan və fəaliyyət göstərən sahəsi 35, 37, 35 və 35 kv.m olan 4 müxtəlif obyektlər təklif edilib. Vüsalə Suvarova ilk öncə onlardan birinin adına alınmasına razılıq versə də, sonradan digər iddialarda olub. Bu səbəbdən də, söküldüyünü iddia etdikləri onlara məxsus obyekt aidiyyəti üzrə bildirdikləri yerdə müasir şəkildə bərpa edilib. Lakin Vüsalə Suvarova sonradan qeyri-müəyyən səbəbdən söküldüyünü iddia etdiyi və istəyi ilə yerində bərpa olunan yeri qəbul etməkdən imtina etsə də, özlərinin əvvəlki istək və müraciətlərinə əsasən də, sözügedən yer onlara məxsusdur”.

Qeyd edək ki, V.Suvarovanın atası Suvarov Vəfalı Gülhəsən oğlu 1994-cü ildə Ağdamın Güllücə kəndində şəhid olub.



Elnur,
BakuPost
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}