Bələdiyyə sədri və MMC direktoru məsuliyyətə cəlb edildi - Həbs

18:55 7.06.2024 1 736
Bələdiyyə sədri və MMC direktoru məsuliyyətə cəlb edildi - Həbs

Ağdaşda bələdiyyə sədri və MMC direktorunun qanunsuz əməlləri ifşa edilib.

Ağdaş Rayon Prokurorluğundan KİV-ə bildirilib ki, Ağdaş rayonu, Kotavan kənd bələdiyyəsinin sədri Rəşad Səmədovun vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin ümumi yığıncağının qərarı olmadan “Abadlıq-2012” adlı MMC ilə tikinti aparılması barədə müqavilə bağlamasına, həmçinin, MMC-nin direktoru Əli Cəbiyevlə birgə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Ağdaş Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə bələdiyyə sədri Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Bundan başqa, “Abadlıq-2012” MMC-nin direktoru Əli Cəbiyev isə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2 (külli miqdarda mənimsəmə), 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

İş üzrə vurulmuş maddi ziyanın ödənilməsi və digər əhəmiyyətli halların müəyyən olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}