Rəşid Behbudovun ölümünə səbəb olan foto - Şahid danışır

10:51 11.06.2024 1 659
Rəşid Behbudovun ölümünə səbəb olan foto - Şahid danışır

Azərbaycanın və SSRİ-nin xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun qızı Rəşidə Behbudova müsahibəsində atasının 35 il öncə kasetə görə öldürüldüyünü bildirib. Onun sözlərinə görə, həmin lentdə Qorbaçovun həyat yoldaşının iştirakı ilə Dağlıq Qarabağ (keçmiş - red.) barədə bəzi qərarlar olub. Bundan başqa, sənətkarın Hindistanda ikən Stepan Şaumyanın məzarını gördüyünü və bunu ictimailəşdirməyə çalışdığını bildirib.

Politoloq Cümşüd Nuriyev Globalinfo.az-a açıqlamasında həmin vaxt Rəşid Behbudovun bəzi məlumatları yaymağa çalışdığını bildirib.

“1989-cu ildə Qarabağ Komitəsində çalışırdım. Rəşid Behudov komitəyə sədrin – Bayram Bayramovun yanına gəlmişdi. O, həmin zaman Hindistandan qayıtmışdı. Onlar səfərdə olanda tərcüməçi ona Stepan Şaumyanın yaxınlarda dünyasını dəyişdiyini və qəbrinin məhz Hindistanda olduğunu deyib. Bunu eşidən R.Behbudov gedib onun qəbrini lentə alıb. Bunu Təhlükəsizlik orqanlarına dərhal xəbər vermişdilər. Çünki Şaumyanın qəbrini ermənilər tamamilə gizli saxlamağa çalışırdılar”, - deyə, o, söyləyib.

Politoloq deyib ki, ermənilər Şaumyanın vəhşiliyini gizlətmək üçün əllərindən gələni ediblər:

“Hətta, ermənilərin Şaumyanla bağlı izi itirməsi üçün 1965-ci ildə gorbagor Mikoyan Bakıya gəlib. Təsəvvür edin, Şaumyan və 26-larla əlaqəli nə qədər orijinal sənəd var idi, hamısını Birinci katib Vəli Axundovun razılığı ilə yığıb aparıb. Beləliklə, materialın izini tamamilə itirirlər.

Şaumyan Azərbaycanda çox böyük vəhşiliklər törədib. Birmənalı şəkildə Bakı qırğınlarının müəlliflərindən biridir, Şamaxıda, Qubada baş verən qırğınlarda əli var. Çünki Lalayan onun “sağ əli” olub.

Qayıdaq kaset məsələsinə…

Rəhmətlik Rəşid Behbudov lentə aldığı görüntüləri gətirəndə dedik ki, bunu mətbuatda yayaq, beləliklə səni qorumuş olacağıq. Doğrudan da material yayıldıqdan sonra onun təhlükəsizliyi təmin olunacaqdı. Hətta biz xəbəri “Azərbaycan qəzeti”ndə vermək istəyirdik. Behbudov dərhal razı olsa da, o söhbətdən xəbəri olan kimsə daha tez addım atdı, nəticədə sənətkar öldürüldü. Təəssüf ki, həmin kaseti əldə edə bilmədik”.


Politoloq Stepan Şaumyanın qəbrinin fotosunu gördüyünü deyib:

“O fotonu Rəşid Behbudov bizə göstərmişdi. Dəqiq bilirik ki, videosu da var idi. Getdi həmin görüntüləri gətirməyə, elə onda da öldürdülər. Hətta açıq şəkildə deyirəm ki, Behbudovu ermənilərin əli ilə KQB öldürdü. Qorbaçov da onların ortağı idi. Şaumyan kimi şərəfsizlərdən bizə qarşı ideoloji silah kimi istifadə edirdilər. Açığı, Azərbaycanda onun qohumları da güclü idi”.

Cümşüd Nuriyev həmin gizli kasetdə Dağlıq Qarabağ barədə bəzi qərarların olması məsələsinə toxunub:

“R.Behbudov deyirdi ki, Qorbaçov, həyat yoldaşı və İspaniyada yaşayan erməni milyarder Gülbekyan soyadlı şəxs Aralıq dənizində sualtı qayıqda görüş keçiriblər. Həmin görüşdə Gülbekyan Raisa Maksimovnaya brilyantla bəzədilmiş, qiyməti hələ o vaxt 300 milyon dollar olan paltar (don) hədiyyə edib. Bundan başqa da qızıl dəsti veriblər. Çünki Gülbekyan qızıl satışı ilə məşğul idi. Behbudov bütün bunların hamısının sübut olaraq kasetdə olduğunu desə də, gətirib yaya bilmədi. Daha doğrusu, imkan vermədilər. Təəssüf ki, kaset haqda məlumat necəsə yayılmışdı. Səhv etmirəmsə, dahi sənətkarı bundan sonra zəhərlədilər”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}