Sahibkarlıq obyektlərinin enerji təchizatında yeni qaydalar - Xərclər azaldıllr

16:55 11.06.2024 1 134
Sahibkarlıq obyektlərinin enerji təchizatında yeni qaydalar - Xərclər azaldıllr

Möhtərəm cənab Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi ölkənin enerji sektoru ilə bağlı verdiyi sərəncamlar, tapşırıqlar və qanunlar sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, elektrik şəbəkələrinə qoşulmanın əlçatanlığının daha da artırılmasını təmin edir.

Azərişıq ASC-dən verilən məlumata görə, elektroenergetika sektorunda fəaliyyət göstərən qurumlar və istehlakçılar arasında yaranan münasibətlərin tənzimlənməsinin təmin edilməsi, enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın təmin edilməsi, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılması, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, istehlakçılara keyfiyyətli xidmətin göstərilməsi, elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasının şəffaf və ayri-seçkiliyə yol verilmədən həyata keçirilmənin təmin edilməsi məsələsi ölkə rəhbərliyinin daima diqqət mərkəzindədir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın tətbiqi ilə bu günə qədər bu sahədə mövcud olan qaydalar arasında ziddiyyətli məqamların aradan qaldırılması ilə yanaşı, vahid qanunvericilik bazasının yaradılması təmin edilmişdir.

Belə ki, indiyə qədər ayrı-ayrı istehlakçı kateqoriyalarına aid tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasında fərqli yanaşma tətbiq edilirdi, yəni sahibkarlıq subyektlərinə aid tikinti obyektləri üçün bir “Qayda”nın, məişət abonentləri üçün bir “Qayda”nın orta gərginlikli şəbəkədən qoşulma üçün isə başqa bir “Qayda”lara uyğun olaraq sifarişçilərə texniki şərtlər verilirdi. “Elektroenergertika haqqında” Azərbaycan Respublikasının qanununda edilmiş dəyişilikliyə uyğun olaraq yeni “Qayda”larda aşağı gərginlikli (0.4 kV-luq) şəbəkələrdən qoşulma zamanı texniki şərtlərin verilməsi tikinti obyektlərinin təlabat gücü 150 kVt-dan artırılaraq 200 kVt-a çatdırılmışdır. Yeni qaydaların tətbiqi ilə məişət və sahibkarlara məxsus tikinti obyektlərinin enerji təchizatı (1 fazlı təchizat sxemi üzrə) şəbəkəsinə qoşulmasında eyni tariflər tətbiq ediləcəkdir. Bundan başqa, indiyə qədər tətbiq edilən qaydalara görə texniki şərtlərin verilməsi zamanı minimal təlabat gücü 5 kVt-dan başlayırdı. Yeni qaydalara görə isə tələbat gücü 1 kVt-dan başlaya bilər və uyğun olaraq ödəniş məbləği azalmış olur. Sahibkarların tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması zamanı obyektin təyinatına görə tətbiq edilən fərqli ödəniş məbləğləri də aradan qaldırılmışdır. Yeni ödəmə məbləğinə əsasən ticarət, ictimai iaşə,məişət və digər növ xidmət obyektlərində birfazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-70% azalır.

Yeni qaydalarda enerji təchizatı şəbəkəsinə qoşulmalar zamanı texniki şərtlər verilərkən şəbəkənin gücləndirilməsi ilə əlaqədar tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcəklər. Bununla da sahibkarların enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı ümumi xərclərin azalması təmin ediləcəkdir.

Tələb olunan gücü 200 kVt-dan yuxarı olan üçfazlı aşağı gərginlikli (0,4 kV) şəbəkədən və bütün güclər üçün orta gərginlikli şəbəkədən texniki şərtlərin verilməsi zamanı sifarişçidən ancaq enerji təchizatı şəbəkəsinə fiziki qoşulmaya görə ödəniş məbləği alınacaqdır.

Layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin (elektrik veriliş xətlərinin çəkilməsi,avadanlıqların quraşdırılması və s.) yerinə yetirilməsi sifarişçinin seçiminə uyğun olaraq enerji təchizatı müəssisəsi və ya bu işləri görməyə lisenziyası (xüsusi icazəsi) olan qurumlar tərəfindən sifarişçinin vəsaiti hesabına aparılacaqdır. Bu da inhisarçılığın aradan qaldırılması və yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəckdir.

Sonda bir daha qeyd edək ki, bu qaydanın qəbulu ölkədə sahibkarlığın inkişafına dəstək verməklə yanaşı, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}