Trenin: "Rusiya Türkiyənin Qafqazda təsirinin artması ilə razılaşmır"

17:34 12.06.2024 1 078
"Rusiya qələbə qazanarsa, tamam başqa vəziyyət yaranacaq"
Trenin: "Rusiya Türkiyənin Qafqazda təsirinin artması ilə razılaşmır"

"Rusiya Cənubi Qafqazdakı siyasi və iqtisadi reallıqları nəzərə alır. Onun Türkiyəni buradan çıxarmağa gücü çatmır".

Xəbər verilir ki, bu fikri iyunun 12-də Ali İqtisadiyyat Məktəbinin Hərbi İqtisadiyyat və Strategiya İnstitutunun elmi direktoru Dmitri Trenin deyib.


“Rusiya imperiya deyil, biz imperiya dövründən çıxmışıq, Rusiya ilə Türkiyə arasında Zaqafqaziya uğrunda mübarizə yoxdur. Rusiyanın Türkiyə ilə münasibətləri sadə deyil. Bu münasibətlər əməkdaşlıq və qarşılıqlı əlaqə elementlərini rəqabət elementləri ilə birləşdirir. Xoşbəxtlikdən hələ ki, bu, düşmənçilik münasibətləri deyil.

Rusiya da, Türkiyə kimi, hər vəchlə düşmənçilikdən qaçmağa çalışır. Bu gün Türkiyə ilə bağlı heç kimin illüziyası yoxdur. Amma bu ölkə hazırda Rusiya üçün çox mühüm müttəfiqdir.

Rusiya Qarabağ münaqişəsi ilə bağlı 2020-ci ildəki çətin situasiya zamanı dördtərəfli deyil, üçtərəfli bəyanata nail olmağa və Rusiya-Türkiyə missiyası çərçivəsində Türkiyənin orada formal hərbi mövcudluğuna razılıq verməyə çalışdı və qismən də buna nail oldu.
Onda təbii ki, Türkiyəyə damğa vurmaq mümkün idi. Ancaq Rusiyanın xarici siyasəti bundan nə qazanacaqdı? Daha bir cəbhə?..",
- deyə, Trenin bildirib.

O qeyd edib, bu gün Moskva bir vaxtlar Rusiya İmperiyasının Osmanlı İmperiyası ilə münasibətlərində olduğundan daha az resurslara, eləcə də SSRİ-nin malik olduğundan daha az resurlara malikdir:

"Rusiya Türkiyənin təsirinin artması ilə razılaşmır. O, bunu sadəcə olaraq geosiyasi reallıq kimi görür. Rusiya Federasiyasının gələcəyi xüsusi hərbi əməliyyatın necə, nə vaxt, hansı nəticə ilə başa çatacağından asılı olacaq.

Əgər, Rusiya qələbə qazanarsa, o zaman tamam başqa vəziyyət yaranacaq. Moskva başqa istiqamətlərdə daha fəal hərəkət edəcək və Türkiyə bunu bilir. Ankara Ukrayna müharibəsi ilə bağlı öz mövqeyini müəyyən edib və bu, rusiyayönlü mövqe deyil",
- deyə, Trenin vurğulayıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}