Əkrəm Əylisli də kəndinə qayıtmaq istəyir

17:27 13.06.2024 1 176
Əkrəm Əylisli də kəndinə qayıtmaq istəyir

2013-cü ildə çap etdirdiyi “Daş yuxular” romanından sonra Azərbaycan ictimaiyyətinin kəskin etirazı ilə üzləşən Əkrəm Əylisli doğma kəndi Əylisə qayıtmaq istəyir.

Bu barədə Yenisabah.az-a danışan 86 yaşlı yazıçı kənd camaatının da onun üçün darıxdığını bildirib. Onun sözlərinə görə, doğma kəndində heç kəs yazıçıdan inciməyib:

“Mənim Əylis kəndi üçün ürəyim əsir. İşimə xitam verilib vəsiqələrim geri qaytarılan kimi doğma kəndimə getmək istəyirəm.
İnsanlarda elə bir fikir yaranıb ki, Əylis camaatı məndən incikdir, amma belə deyil, bunlar yalandır! Əylis camaatının da məndən ötrü ürəyi əsir, mən onların gözünün qabağında böyümüşəm. Ailəm də, nəslim də hər kəsə məlumdur.

O kəndin insanı siyasiləşib şərləmək mühitinə qapılmayıb. Onlar insan olaraq özlərini saxlayıblar, nə baş verdiyini də anlayırlar”.


Əkrəm Əylislinin sözlərinə görə, illər əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov başqa kəndlərdən insanları Əylis kəndinə toplayıb və yazıçıya qarşı qaldırıb:

“O vaxt vasif Talıbov Ordubadın bütün kəndlərindən, Naxçıvandan adamları gətirib etiraz etmək üçün yığmışdı Əylisə. Mən həmin görüntülərə baxanda gördüm ki, o kütlənin içərisində Əylisin camaatı 4-5 nəfər idi, qalan hər kəs ordan-burdan yığılmışdı və qışqırırdılar ki, Əkrəm Əylisli ermənidir, kitablarını yandıraq. O adamların əksəriyyəti simasını itirmiş şəxslər idi, lakin Əylis camaatı onların içində yox idi. Həmin vaxt mətbuata danışan bircə nəfər Əylis kəndindən olan adam var idi. O da karyerasını itirmiş biri idi, elə bilirdi ki, bu cür danışsa, onu vəzifəsinə bərpa edəcəklər. 3-5 manata görə hər şey etməyə hazır olan insanlar hər yerdə var.
O vaxt vəziyyət məhz bu cür idi.

Ümid edirəm ki, tezliklə mənə cavab veriləcək və mən doğma kəndimə qayıda biləcəm”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}