Kəbənin ətrafında fırlanmaqla heç bir xüsusi imtiyaz qazanılmır

17:17 20.06.2024 1 918
Kəbənin ətrafında fırlanmaqla heç bir xüsusi imtiyaz qazanılmır

"Bəzi iradlarda həqiqət var. Mövcud olan tərcümələrdə ora daxil olanın əmin-amanlıqda olduğu deyilir. Bu baxımdan iradlar doğrudur ki, niyə orada adamlar ölür? Ali-İmran, 97: “Ora daxil olan şəxs əmin-amanlıqdadır, təhlükədən kənardır"”.

Bu sözləri açıqlamasında ilahiyyatçı Elşad Miri şiddətli istilər səbəbindən Həcc ziyarəti zamanı mindən çox zəvvarın öldüyü ətrafında gedən müzakirələr haqda deyib.

“Amma burada incə bir məqam var. Bu gün Kəbə, Həcc anlayışı tamamilə mahiyyətindən uzaqlaşdırılıb. Gedib Kəbənin ətrafında fırlanmaqla heç bir xüsusi imtiyaz qazanmırlar. Yaxud da gedib hansısa Məqami-İbrahim deyilən, “ayaq izi”nin arxasında iki rükət namaz qılmaqla onların dərəcələri, səviyyələri yüksəlmir. Həcc - beynəlxaq konqresdir. Əslində, dünyanın problemlərinin həlli üçün əsrlər əvvəl buyurulmuş Birləşmiş Millətlər Təşkilatıdır. Həmin o təşkilat da nə etməlidir? Bu gün zülmə məruz qalanların xilasi üçün, sülh üçün fəaliyyət göstərməli olan bir qurum olmalıdır, bunu Allah bizə belə buyurub. Amma pul verib, gedib Quranda olmayan şeytandaşlama, Minada gecələmə, Ərafatda qalma, dua etmə “ayini” keçirmə yanlışdır. Guya ki, orada dualar tez qəbul edilir, yəni başqa yerdə ediləndə o cür olmur. Bunlar rəvayətlər, yanlış bilgilərdir. Kəbənin özü fırlanmaq üçün deyil, ora zülmə məruz qalan insanların məsələlərinin həll olunması üçündür. Minada milyonlarla insanın qalması üçün çadırlar var. Məsələn, bu gün qaçqın statusunda olan, ölkəsindən didərgin düşən insanların yığılmalı olduğu yerdir. Ora daxil olan şəxs əmin-amanlıqda deyil, ora girən adam əmin-amanlıqla daxil olmalıdır. Təhlükəsizlik təmin olunmalıdır. Yoxsa, ora girənə heç nə olmayacaq, başına heç nə gəlməyəcək, ölməyəcək kimi absurd yanaşma doğru deyil”, - deyə, o, bildirib.

Qeyd edək ki, Həcc ziyarəti zamanı 1000-dən çox zəvvarın şiddətli istilərdən ölməsi səbəbindən bəzi ateistlər dini ehkamlara qarşı iddialar səsləndirirlər.(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}