Rus dili müəllimləri sertifikasiya suallarından narazıdır

12:13 28.06.2024 2 128
Rus dili müəllimləri sertifikasiya suallarından narazıdır

Sertifikasiya imtahanlarında rus dilindən imtahan verən müəllimlər sualların çətin olmasından şikayətçidirlər.

Bu barədə Bakupost.az–a müraciət edən müəllimlər bildiriblər ki, rus dilindən imtahan verənlər arasında 50 balı keçən müəllim yoxdur.

Müəllimlərədn biri iddia edib ki, suallar proqramdan kənar salınıb:

"Cavablar da həddindən artıq bir-birinə yaxın idi. Digər bir problem vaxt qıtlığıdır. Mətnlər düşündürücü idi, vaxt aparırdı. Vaxtımızın azlığından metodika suallarına baxa bilmədik. Məsələn, coğrafiyadan uzun-uzun mətnlər hazırlanmışdı. Bu fəndən sınaq imtahanında Azərbaycana, şəhərlərimizə aid testlər işləyirdik. Burada isə, ümumiyyətlə, başqa suallar idi. Hətta, Yapon mətbəxindən belə mətnlər salınmışdı".

Digər bir müəllim də sualların həddindən artıq mürəkkəb olduğundan şikayətlənib:

"Biz məktəbdə qiymətləndirmə keçirirdik. Adətən, 10-15 sual salırdıqsa, ilk 5-i asan olurdu. Sonra 10, 15, 20 ballıq suallar qoyurduq. Yəni, suallar bu meyarlarla bölünürdü. Burada isə demək olar ki, asan sual yox idi. Hamısı 1 ballıq çətin, düşündürücü, mürəkkəb suallar idi. O qədər məntiqsiz, aidiyyəti olmayan suallar vardı ki... Bizi bu yolla təhsildən uzaqlaşdırmaq istəyirlər. Neçə ildir rus dili ilə bağlı vəziyyət belədir. Bütün müəllimlər narazıdır. İmtahana hazırlaşanda başqa, imtahanda isə tamam başqa suallar”.

Qeyd edək ki, sosial şəbəkələrdə, ayrı-ayrı qruplarda müəllimlər suallarla bağlı kəskin fikirlər səsləndiriblər. Məsələnin ictimailəşdirilməsini, onlara kömək olunmasını istəyiblər.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyinə aydınlıq gətirməyə çalışacağıq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}