Polisləri qətlə yetirən şəxsin dələduzluq əməlləri... - O, həbsdən necə yaxa qurtarıb? - YENİ FAKTLAR

17:15 28.06.2024 1 911
Polisləri qətlə yetirən şəxsin dələduzluq əməlləri... - O, həbsdən necə yaxa qurtarıb? - YENİ FAKTLAR

Bir neçə gün öncə Şüvəlanda əvvəllər dəfələrlə məhkum olunmuş Rövşən Allahverdiyevin üç polis əməkdaşı və bir mülki şəxsi güllələyərək qətlə yetirməsi, daha sonra onun özünün zərərsizləşdirilməsi ilə bağlı xəbər icəmiyyətdə böyük əks-səda doğurdu.

Çünki Azərbaycan belə hadisələrə nadir hallarda rast gəlinir. Görünür, elə buna görədir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə müzakirələr hələ də davam edir, müxtəlif mülahizələr irəli sürülür, hətta çox vaxt reallıqdan tamamilə uzaq versiyalar dövriyyəyə buraxılır.


Hadisə əslində necə baş verib? Rövşən Allahverdiyev kimdir və hansı dələduzluq əməllərinə görə axtarışa verilib? O, 3 polis əməkdaşı və 1 mülki şəxsi hansı şəraitdə qətlə yetirib?

Bu suallara aydınlıq gətirən məlumatları təqdim edirik.

Öncə qeyd edək ki, Rövşən Oqtay oğlu Allahverdiyev çoxsaylı vətəndaşı aldadaraq, onlara torpaq sahələrini özəlləşdirilməyə, bəzilərinə isə müxtəlif dövlət orqanlarda işə düzəlməyə kömək edəcəyini vəd edib. O, bu üsulla vətandaşların külli miqdarda pullarını mənimsəyib. 2023-cü ilin mart ayında isə R.Allahverdiyev Türkiyəyə qaçmağa cəhd göstərərkən saxlanılıb və istintaq orqanlarına təhvil verilib.


İndisə onun dələduzluq əməlləri barədə faktlara diqqət edək. Əldə etdiyimiz məlumata görə, Rövşən Allahverdiyev vətəndaş Z.A.-ya məxsus torpaq sahəsini özəlləşdirmək adı ilə onun 320 000 manatını ələ keçirib. Bu faktı üzrə DİN-in istintaq qurumlarında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Bununla əlaqədar 30 mart 2023-cü il tarixdə məhkəmənin qərarı ilə Rövşən Allahverdiyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda aydın olub ki, Rövşən Allahverdiyev torpaq sahəsini özəlləşdirmək adı ilə digər vətəndaş F.A.-nın 139 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bu faktı üzrə 25 mart 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb və bu iş onun barəsində istintaq edilən digər cinayət işi ilə bir icraatda birləşdirilib.

İstintaq prosesi davam edib və 29 avqust 2023-cü ildə Rövşən Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri müdafiə tərəfinin vəsatəti ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Beləliklə, o, həbsdən azad edilib.

İstintaq müddətində, Rövşən Allahverdiyevin vətəndaş K.Ə.-ni Dövlət Gömrük Komitəsinə işə düzəltmək adı ilə aldadaraq 20 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi də ortaya çıxıb. Bu faktla bağlı 28 iyun 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanııb. Bundan sonra onun vətəndaş M.E.-ni də aldadaraq torpaq sahəsini özəlləşdirmək adı ilə 1 141 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edilib. Onun bu əməli CM-in 178.4-cü maddəsinə tövsif edilib. 9 sentyabr 2023-cü il tarixdə onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə yenidən həbs qətimkan tədbiri seçilib.

Ancaq nədənsə 6 gün sonra - 15 sentyabr 2023-cü ildə Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən Rövşən Allahverdiyevin barəsində Səbail Rayon Məhkəməsinin həbs qətimkan tədbirini ləğv edib və o, yenidən həbsdən azad olunub.

Qeyd olunan faktlarla bağlı DİN-in istintaq qurumlarında aparılan cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs Rövşən Allahverdiyev istintaq orqanından gizlənib. Bu səbəbdən 30 oktyabr 2023-cü il tarixdə onun barəsində axtarış elan edilib.

Nəhayət, bu il iyunun 24-nə keçən gecə polisə onun yaşadığı ünvana gələcəyi barədə məlumat daxil olub. Bundan sonra onun yaşadığı ünvana əlavə qüvvələr, eləcə də ərazidə xidmət aparan post-patrul naryadları göndərilib. Hadisə yerinə ilk gələn post-patrul əməkdaşı ilə əməliyyat xidmətinin əməkdaşı Rövşən Allahverdiyevi yaşadığı ünvanın qarşısında saxlayıblar.

O, səkkiz aya yaxın azyaşlı övladlarını görmədiyini bildirib və onlarla vidalaşmasına icazə verilməsini xahiş edib. Eyni xahişlə onun anası da polis əməkdaşlarına müraciət edib. Onların israrından sonra polis əməkdaşları humanizm naminə R.Allahverdiyevin qolundan qandalı açıb yaşadığı mənzilə daxil olmasına şərait yaradıb.


Qanlı hadisə də elə bundan sonra baş verib. Belə ki, Rövşən Allahverdiyev evə daxil olduqdan sonra "Kalaşnikov" avtomatı əsasında hazırlanan, bir neçə hədəfi qısa müddətə məhv etmək imkanına malik olan "Lancaster" markalı ov silahı ilə ailə üzvləri - anası, həyat yoldaşı, uşaqları ilə bayıra çıxaraq qəfil atəş açıb və polis əməkdaşlarını qətlə yetirib. O, həmçinin yaxınlıqda yaşayan, səs-küyü eşidib həmin ünvana gələn Səfər Pirvəli oğlu Piriyevi də polis zənn edib və onu da qətlə yetirib.

Bundan sonra, hadisə yerinə gələn əməliyyat qrupu təslim olması barədə Rövşən Allahverdiyevi dəfələrlə xəbərdar etsələr də, sonuncu buna məhəl qoymayaraq müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.(Bakupost.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}