Sertifikatlaşdırmanın pis nəticələri və səbəbləri

14:09 1.07.2024 1 400
Sertifikatlaşdırmanın pis nəticələri və səbəbləri

Hər il onlarla orta məktəb müəllimi pensiya yaşına çatmadan işsiz qalır, çünki sertifikatlaşdırma imtahanlarında aşağı bal topladıqlarına görə onların əmək müqavilələrinə xitam verilir. Müəllimlər Elm və Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirirlər, suallar verirlər: onlar ali təhsilli mütəxəssislərdir, uzun illərdir öz vəzifələrini irad tutulmadan yerinə yetiriblər. Niyə birdən-birə nazirlik onları işləmək hüququndan məhrum edir, onlar öz ailələrini necə saxlayacaqlar?

Elm və Təhsil Nazirliyinin orta məktəb müəllimlərini saldığı çətin vəziyyət N.Tusi adına Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əliyevi qayğılandırır. O, "Turan"ın suallarını cavablandırıb.


Sual: Hər il sertifikatlaşdırmanın nəticələrinə görə onlarla savadlı müəllimin işdən çıxarılmasında kim günahkardır?

Cavab: Sertifikatlaşdırma imtahanlarında qiymətlərin aşağı nəticələrinə görə adətən imtahan verən müəllimləri ittiham edirlər, bəzən onlara diplom verən təhsil müəssisələri də ittiham olunur. Ancaq bu, səthi mühakimədir. Əgər biz müəllimlərin təhsilinin yüksək olmasına nail olmaq istəyiriksə, müəllimləri qınamadan əvvəl problemin kökünü araşdırmalıyıq.

Başa düşmək lazımdır ki, bu müəllimlərə ali təhsil haqqında diplomu verən universitetlər on illərdir dövlət tərəfindən yaradılıb və idarə olunur. Elm və Təhsil Nazirliyi bu ali məktəbləri və kollecləri tədris-metodik və normativ resurslarla, təhsil standartları ilə, bu sahəyə investisiyalarla təchiz edib. Dövlət və Elm və Təhsil Nazirliyi bu ali məktəblərin fəaliyyətini dəstəkləyib. O zaman bu dəstəyin keyfiyyəti və ölçüsü barədə sual yaranır.

30 il dövlət müstəqilliyi ərzində universitetlərə və kolleclərə neçə qrantın verildiyi araşdırılmalıdır. Bu ali məktəblər və kolleclər üçün dərsliklərin keyfiyyətini və sayını, bu dərsliklərin təhsilin ehtiyaclarını ödəməyə qadir olub-olmadığını araşdırmaq lazımdır.

Orta məktəb müəllimlərinin hazırlanması üçün elektron resurslar yaradılıbmı, dövlət müəllim hazırlığının keyfiyyətilə maraqlanıbmı, prosesin monitorinqi aparılıbmı? Müəllimlərin davamlı təhsili strategiyası qəbul edilibmi? Bu kollec və universitetlər akkreditə olunubmu və niyə bu müəssisələrin maliyyələşdirilməsi ehtiyacdan dəfələrlə azdır?

Dövlətdə müəllimlərə tələbatın proqnozlaşdırılması səviyyəsini araşdırmaq və 30 il ərzində müəllim hazırlığının inanılmaz dərəcədə böyük, tələbatdan çox miqyasda olmasının səbəbini bilmək lazımdır. Müəllimlərə tələb dəyişməz qalsa da, bu miqyas davam edir.

Sual: Bu problemləri tez bir zamanda həll etmək olarmı ki, gələcək nəsil müəllimlər günün tələblərinə uyğun olaraq təhsil alsınlar?

Cavab: Əlbəttə, əgər Elm və Təhsil Nazirliyi yaranmış ağır vəziyyəti düzəltmək niyyətindədirsə, sadalanan suallara cavab verməlidir. Ancaq təkcə cavab azdır, cəmiyyət tezliklə, yaxın beş ildə aktual problemlərin həllini tələb edir. Prosesə əlavə investisiyalar qoymaq lazımdır. Əks təqdirdə, sual yaranır: əgər Elm və Təhsil Nazirliyi özü üçün keyfiyyətli pedaqoji kadrlar hazırlaya bilmirsə, dövlətin ehtiyacları üçün yüzlərlə ixtisas üzrə müəllimlər haradan ola bilər?

Əvvəlcə, 30 il ərzində qeyri-rasional fəaliyyət göstərən, ölkəyə lazım olmayan 11 filial yaradan və bununla da müəllim hazırlığının keyfiyyətini aşağı salan Elm və Təhsil Nazirliyi özünü akkreditə etməlidir. Qurumun qəbul etdiyi strategiya və dövlət proqramı keyfiyyətsizdir, çox pis icra edilib. Qoy, əvvəlcə onlar öz əməkdaşlarının kvalifikasiya səviyyəsini yoxlasınlar, ciddi çatışmazlıqları müəyyən etsinlər və öz kollektivinin təhsilini artırsınlar. O zaman aşağı səviyyələrdəki problemlər də təbii olaraq həll ediləcək.

Əks halda, universitetlər və kolleclər ölkəyə keyfiyyətsiz kadrlar təqdim etməyə davam edəcəklər, çünki sahənin əsas qurumu öz problemlərinə qərq olub.(Turan.az)

Kamal ƏLİ,
Ekspert, şərhçi
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}