Fransa Baqrata həqiqətlə barışmağı tövsiyə edib

12:10 4.07.2024 889
Fransa Baqrata həqiqətlə barışmağı tövsiyə edib

Ermənistanda uzun müddətdir başlayan “keşiş Baqrat kampaniyası” mitinqlər və küçə döyüşlərindən müxalif medianın hay-küyü və regionlarda kiçik görüşlər səviyyəsinə qədər geriləsə də, davam etməkdədir.

Yayılan xəbərlərə əsasən, revanşist hərəkat başladan və heç nəyə nail ola bilməyən keşiş Baqrat hazırda Ermənistanın müxtəlif rayonlarına səfər etməklə gündəmdə qalmaq və ona qoyulan “sərmayəni” bu və ya digər şəkildə silməklə məşğuldur.

Az öncə Zəngəzura səfəri zamanı keşiş Baqratın goruslu bir sakinə verdiyi cavab isə diqqətçəkici və Qərbin Ermənistandakı proseslərə baxışını anlamaq baxımından mühümdür.

Goruslu keşişdən 12 iyun mitinqi zamanı hakimiyyətin aşırı zorakılığı, aksiyaçılara qarşı səs və qaz bombalarından istifadə edilməsi, onlarla insanın ağır xəsarətlər almasına xarici dövlətlərin reaksiyasını soruşub.

Baqrat isə bildirib ki, onlar Ermənistanda olan Qərb ölkələri səfirlərinin olaya münasibətini öyrənmək üçün məktub göndəriblər, əvəzində isə səfirlər nəinki hökuməti xüsusi tədbirlərə və polis vəhşiliyinə görə qınayıblar, hətta etirazçıları ittiham ediblər:

“Böyük oyunçulardan olan Avropa ölkəsinin Ermənistandakı səfirliyinə polisin insanları vəhşicəsinə döydüyünü, qaz bombalarından istifadə etdiyini əks etdirən videolarla məktub göndərdik. Cavab verdilər ki, bəli, bu epizodlar dəhşətlidir, bunlar qəbuledilməzdir, lakin hakimiyyətə rusiyapərəstlərin, daha doğrusu, rus agentlərin gələcəyindən daha az qorxuncdur”.

Keşiş Baqrat bu cavabı hansı ölkənin verdiyini açıqlamaq səlahiyyəti olmadığını bildirib. “Hraparak” isə öz mənbələrinə istinadla (çox güman ki, Baqrat öz adından yaya bilmədiyi məlumatı “mənbə” kimi müxalif mediaya ötürüb – red.) bunun Fransa səfirliyi, səfir Olivye Dekottini olduğunu yazıb.(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}