Xamenei azərbaycanlını prezident edir... - Şok ssenari

21:05 4.07.2024 1 260
Xamenei azərbaycanlını prezident edir... - Şok ssenari

Təbrizli Məsud Pezeşkianın 28 iyunda keçirilən prezident seçkilərinin birinci turunda lider olması onun üzərində diqqətləri cəmləşdirib.

Prezident seçkilərinə 80 şəxs öz namizədliyini irəli sürmüşdü. Konstitusiya Keşikçiləri Şurası isə onlardan cəmi 6 nəfərini seçkiyə buraxdı: parlament sədri Məhəmmədbağır Qalibaf, parlament üzvü Məsud Pezeşkian, İranın ali dini rəhbəri Əli Xameneninin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi, Tehran meri Əlirza Zəkani, İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə.

Prezident seçkisinin birinci turuna 2 gün qalmış Əlirza Zəkani və Əmirhüseyn Qazizadə geri çəkildi və Səid Cəlilini dəstəklədi. Bunu Pezeşkianın nüfuzu və seçilmə şansı ilə əlaqələndirdilər. Bildirilirdi ki, azərbaycanlının seçilmə imkanlarını məhdudlaşdırmaq üçün fars namizədlər birləşir.

4 namizədin qatıldığı seçkilərin birinci turunda Pezeşkian ən çox səs toplayan şəxs oldu – o, ən yaxın rəqibi Səid Cəlilini 1 milyondan da çox səslə üstələdi. İkinci tura keçə bilməyənlər də Cəliliyə dəstək nümayiş etdirdilər. Buna baxmayaraq, İranda keçirilən və bu gün elan edilən rəsmi sorğunun nəticələrinə görə, Pezeşkian 52%, Cəlili isə 48% səs toplayıb.

Bir azərbaycanlı, “mən azərbaycanlı olmağımla fəxr edirəm” deyən namizədmi İranda prezident olacaq?

Pezeşkianın bu qədər nüfuzlu olacağını, birləşən rəqiblərinə qarşı belə ciddi dirəniş göstərəcəyini, hətta qalib gəlmək şansını Konstitusiya Keşikçiləri Şurasının hesablamadığı, bu barədə xüsusi xidmət orqanlarından dəqiq məlumat almadığını düşünmək sadəlövhlük olardı. Bəs, Pezeşkian niyə seçkilərə buraxıldı? Axı, Konstitusiya Keşikçiləri Şurası sabiq prezident Mahmud Əhmədinejad da daxil olmaqla, çoxsaylı nüfuzlu şəxsləri seçkidən kənarda qoymuşdu?

Buna görə də müxtəlif ehtimallar ortaya atılıb:

1.Azərbaycanlı namizədin seçkilərə buraxılması xalqın seçici fəallığını artırmağa köklənib – xüsusilə azərbaycanlıların seçkiyə cəlbi düşünülüb;

2.Pezeşkian bir layihədir – onsuz da İranda bütün qərarları ali dini lider qəbul edir, Pezeşkian seçilsə belə, heç nə edə bilməyəcək;

3.Seçkilərə legitimlik donu geyindirilməsi üçün Pezeşkiandan istifadə edilir;

4.İranda fars olmayan bir millətin nümayəndəsinin də prezident ola biləcəyi təsəvvürü yaradılır – bundan sonrakı mümkün uğursuzluqlar İranda yaşayan ən böyük etnoslardan biri ilə “bölüşdürülür” və s.


Çoxsaylı iddialara azərbaycanlıların İran daxilində özlərini yad hesab etməməsi, xarici kəşfiyyatın çoxmilyonlu azərbaycanlılardan İranın parçalanmasında istifadə imkanlarını məhdudlaşdırması da daxildir. Buna görə də Pezeşkiana azərbaycanlıların və İrandakı digər qeyri-farsların tam etibar etmədiyi iddiası da var.

Amma Pezeşkianın seçkiyə buraxılmasının və mümkün seçilməsi perspektivində ən mühüm cəhət unudulur: Pezeşkian İranın təcrid olunduğunu, qonşuları ilə pis münasibət qurduğunu bildirir, yumşalmalar təklif edir, regionların inkişafını vəd edir. İranda mühafizəkarlardan fərqli olaraq, islahatçı qanada mənsub Pezeşkian dünya ilə daha açıq siyasətin tərəfindədir.

Ona görə də daha mühüm ehtimal ortaya çıxır: dünyanın yenidən bölüşdürüldüyü, İrana qarşı dairənin daraldığı, xüsusilə yaxın Şərqdə Tehranın proksi qüvvələrinə sarsıdıcı zərbələrin endirildiyi bir vaxtda xarici siyasətdə mühüm dəyişiklik niyə gündəmdə olmasın?

İran illərdir sanksiyaların altındadır: daha nüfuzlu, siyasi keçmişində heç bir ləkə olmayan, həm də qeyri-fars bir prezident İranın yeni xarici siyasət kursunu daha uğurla tətbiq edə bilməzmi?

Xamenei də yaxşı bilir ki, baş örtüsü, niqab-çadra artıq İranda ciddi xalq etirazları doğurur;

Xamenei də yaxşı bilir ki, İranın dünyadan təcridi ciddi iqtisadi problemlər yaradır və çətinliklər doğurur;

Xamenei də yaxşı anlayır ki, yeni dünya düzəni qurulur və burda İranın hazırkı siyasəti, xüsusilə Qərbi düşmən elan etməsi milli maraqlarına uyğun deyil.


Pezeşkian Xameneinin yeni siyasətinin ən yaxşı icraçısı ola bilər.

Amma ən ciddi bir məsələ Pezeşkianın məhz azərbaycanlı olmasının bu seçkilərdə geniş təbliği və onun Azərbaycan vilayətlərində qarşılanması oldu!

Pezeşkian Güney Azərbaycanda milli hiss və duyğuların genişlənməsi və güclənməsində müstəsna rol oynadı və bir daha hər kəs anladı ki, İranda hakimiyyətin yaşaması azərbaycanlılardan böyük ölçüdə birbaşa asılıdır.

Pezeşkian son illər qapalı şəkildə inkişaf edən milli hisslərin kütləviləşməsi və üzə çıxmasına səbəb olub.

Güney Azərbaycanın hazırda seçkilərdən əldə etdiyi ən böyük nemət budur.

Pezeşkianın seçilməsi və prezident olmasının azərbaycanlıların gözləntilərini nə qədər doğruldacağı ayrı söhbətin mövzusudur. Bacaracaqmı, yoxsa milli hissləri irançılığa sərf edəcək – bunlar ikinci dərəcəli məsələlərdir.

Pezeşkian tarixi missiyasını faktiki olaraq yerinə yetirib. Ona görə də Xameneinin sabahkı seçkilərdə Pezeşkianın qələbəsinə mane olmayacağı ehtimalı çox güclüdür. Çünki bu qədər böyük nüfuzla, qəhrəman kimi Pezeşkianı kənarda qoymaq İranın gələcəyi üçün ciddi risklər yaradır.

İran dövlət ağlı bunca məşhurlaşan və azərbaycanlıların, İrandakı bütün türklərin, o cümlədən islahatçı cərəyanın ciddi şəkildə dəstəklədiyi namizədin seçilməsi və İran dövlətçiliyinin yeni düzəndə sağ qalmasına xidmət edəcəyinə çalışacaq böyük ehtimalla. Çünki azərbaycanlının seçilməsi Güney türklərinin İran dövlətinin həm də onların olduğu düşüncəsini gücləndirəcək – paralel olaraq, İranın regionda sürətlə güclənən Türkiyə və digər türk dövlətləri ilə anlaşma imkanlarını genişləndirəcək...

Pezeşkian seçilməlidir ki, İran dərin dövlətinin istəyi həyata keçsin – ya xarici siyasi kursda dəyişikliklə hakimiyyəti daxildə də gücləndirəcək, ya da bugünə qədər qazandığı “qəhrəman” paltarı əynindən çıxarılacaq və milli duyğuların üzərinə su səpiləcək...

Şeyx Teymur,
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}