Sülh müqaviləsində "Naxçıvan dəhlizi" yoxdur - Tomas De Vaal

19:20 9.07.2024 1 008
Sülh müqaviləsində "Naxçıvan dəhlizi" yoxdur - Tomas De Vaal

Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunması ehtimalı 50/50-yədir.

Globalinfo.az xəbər verir ki, bunu Karnegi Fondunun eksperti Tomas De Vaal deyib.

“Məncə, digər problem odur ki, əgər, biz sülh müqaviləsindən bəhs ediriksə, orada bəzi şeylər olmayacaq. Məsələn, hazırda, mən başa düşdüyüm qədəri ilə, sülh müqaviləsində Naxçıvana keçid marşrutu ilə bağlı heç nə yoxdur. Böyük ehtimalla da olmayacaq. Ona görə də bu hələ həll edilməsi gərəkən çox çətin problemdir. Üstəlik, çoxlu humanitar məsələlər var ki, onların da həll edilib-edilməyəcəyi bilinmir”, - deyə, o, bildirib.

De Vaal qeyd edib ki, yaxın gələcəkdə tərəflərin hər şeyi əhatə edəcək müqavilə imzalayacağına inanmır:

“Belə sənədlər həddən artıq əhatəli olur və adətən onların üzərində çox uzun müddət işçi qrupları işləyir. İndi aydındır ki, Azərbaycanla Ermənistan arasında toplanıb qalmış çoxlu tarixi məsələlər var. Onları isə sürətli həll etmək çətindir. Ona görə də müqavilə imzalanarsa, bu, ümumi prinsipləri olan çərçivə razılaşması olacaq”.

De Vaalın fikrincə, razılığın əldə olunmasından sonra belə Azərbaycan və Ermənistan hər biri bunu fərqli şəkildə şərh etməyə çalışa bilərlər:

“Məhz buna görə erməni tərəfinə beynəlxalq iştirak çox vacibdir. Bu, məsələn, sülh prosesini dəstəkləyən BMT Təhlükəsizlik Şurasının qətnaməsi ola bilər. Üstəlik, burada Qərbin açıq maraqları var. Digər sual o olacaq ki, Rusiyanın maraqları nədir? Ona görə də indi ümumi kontekst çox yaxşı deyil. Amma digər tərəfdən nə Azərbaycan, nə də Ermənistanın yeni böyük konflikt istədiyini düşünürəm. Məncə, ən yaxşı xəbər heç kimin müharibədə maraqlı olmamasıdır”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}