Azərbaycanın 9 universiteti Avropada "ən yaxşılar" sırasında

18:59 10.07.2024 1 267
Azərbaycanın 9 universiteti Avropada "ən yaxşılar" sırasında

Ali təhsil sahəsi üzrə dünyanın aparıcı tədqiqat və reytinq siyahılarını təqdim edən “QS Quacquarelli Symonds” təşkilatı Avropanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, sözügedən siyahıda təmsil olunan Azərbaycanın 9 universitetindən 7-nin mövqeyində ötən ilə nisbətən irəliləmə müşahidə edilib. Sumqayıt Dövlət Universiteti isə ilk dəfə “Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”na daxil olunub.

Reytinqdə təmsil olunan bütün Azərbaycan universitetlərinin “Akademik nüfuz” və “İşəgötürənlər arasında nüfuz” göstəriciləri yaxşılaşıb. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti “Akademik nüfuz” indikatoru üzrə Avropanın 200 ən yaxşı universiteti siyahısına, “Müəllim-tələbə nisbəti” indikatoru üzrə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti Avropanın 100 ən yaxşı universiteti siyahısına daxil edilib.

“Məşğulluq nəticələri” indikatoru da Azərbaycan universitetlərinin yüksək nəticələr əldə etdiyi istiqamətlərdən biridir. “Məzunların məşğulluğu” göstəricisi üzrə Bakı Dövlət Universiteti, “İşəgötürənlər arasında nüfuz” indikatoru üzrə isə Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə 1-ci yerdədir.

Ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi zamanı istifadə olunan “Beynəlxalq elmi əməkdaşlıq” indeksi üzrə Bakı Dövlət Universiteti Azərbaycan universitetləri arasında ən yüksək göstəriciyə malikdir. Xəzər Universiteti isə “Məqalə üzrə istinad sayı” indikatoru üzrə Avropanın 20 ən yaxşı universiteti arasındadır. “Dayanıqlı inkişaf məqsədləri sahəsində nailiyyətlər” indikatoru üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə ən yüksək mövqeni tutur.

Qeyd edək ki, “Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Cənubi Qafqaz regionu üzrə Azərbaycan ən çox sayda universitetlə təmsil olunur.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}