Deputatların 90 faizi yerində qalacaq - Seçkiylə bağlı PROQNOZ

13:16 14.07.2024 1 379
Deputatların 90 faizi yerində qalacaq - Seçkiylə bağlı PROQNOZ

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “AzPolitika”ya müsahibə verib.

Həmin müsahibənin bir hissəsini oxucularımıza təqdim edirik:

Sərdar Cəlaloğlu: …Düşünürəm ki, yeni seçkilərdən sonra parlamentin tərkibi 90 faiz dəyişməyəcək.

- Yəni, köhnə deputatlar yenə qalacaq?

- Köhnə deputatların 90 faizi qalacaq. Hökumət 3-5 nəfəri dəyişəcək.

- Kimlərin dəyişəcəyini ehtimal edirsiniz?

- Yeni gələnlərdən biri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur. REAL partiyasından iki nəfərə, Ağ Partiyadan da bir nəfərə deputatlıq verəcəklər. Müsavatdan da iki nəfər olacaq.

- Bəs İsa Qəmbərin şansı varmı?

- İsa Qəmbərin namizəd olacağını düşünmürəm.

- Amma iddia olunur ki, Adil Əliyevin “boşaltdığı” 20-ci Seçki Dairəsindən namizəd olacaq...

- Onların Məclisinin qərarı olub. Qərarda İsa Qəmbərin və Arif Hacıyevin namizədliyi yoxdur. Görünür, hökumət Müsavatı da parlamentə buraxmaq istəyir, amma birinci və ikinci şəxs qismində yox. Üçüncü və dördüncü şəxsləri, ya da vaxtilə parlament təcrübəsi olan adamları buraxmaq istəyirlər...

- Arzu Səmədbəyli kimi...

- Bəli.

- Dediyinizdən belə çıxır, AXP sədri Pənah Hüseyn də seçilməyəcək?

- Yox.

- Bəs, Asim Mollazadə ilə Fəzail Ağamalı?

- Fəzail Ağamalının partiyasından kimsə gedəcək. Sabir Rüstəmxanlının yerinə həyat yoldaşı gələcək. Siyahı bizdə var...

- Bəs, parlament rəhbərliyində dəyişiklik olacaqmı?

- Fəzail İbrahimli, çox güman ki, müavin olmayacaq, onun yerinə Fazil Müstafa keçəcək. Spiker Sahibə Qafarova öz postunda qalacaq. Dediyim kimi, parlamentdə ciddi bir dəyişiklik gözlənilmir.

- Bəs, Asim Mollazadə? O, İlqar Məmmədovla eyni dairəyə düşür...

- Ola bilsin, bu dəfə Asim Mollazadəni seçkiyə buraxmasınlar. Əli Məsimli və Tahir Kərimlinin də seçkidə iştirakı gözlənilmir. Çünki bu 6 nəfəri müxalifət adı ilə parlamentə yerləşdirmək lazımdır.

- Ümid Partiyasının sədri İqbal Ağazadə necə?..

- Məncə, İqbalı da buraxmayacaqlar.

- Rauf Arifoğlunun şansı varmı?

- Azərbaycanda söhbət şansdan getmir, hökumətə münasibətdən gedir. Rauf Arifoğlu kifayət qədər hökumətə yaxındır və onun siyasətini mətbuatında ciddi şəkildə həyata keçirir, bunu gizlətməyə ehtiyac yoxdur. Hətta, lazım gələndə milli maraqlarımıza zidd mövqeləri də müdafiə edir. Bu baxımdan, iqtidarın fəlsəfəsindən Arifoğlu qədər parlamentə düşməyə haqq qazanan ikinci bir adam yoxdur...
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}