Sadıqovun armudu stəkanına 21, çaxırına 8 min xərclənib

12:33 15.07.2024 1 652
Sadıqovun armudu stəkanına 21, çaxırına 8 min xərclənib

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xəbər verilir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Cəlal Kazımovun vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. O bildirib ki, cinayət işində çoxsaylı şəxslərin ad və soyadları mövcuddur. Həmin şəxslərin kart hesablarına pullar köçürülüb və mənimsənilib.

Vəkil qeyd edib ki, həmin şəxslərin cinayət işində izahatları var və onlar “ölü canlar” deyillər. Vəkilin sözlərinə görə, kartlara köçürülmə yolu ilə 1 milyon manata yaxın pulun mənimsənilməsindən söhbət gedir.

Vəkil həmin şəxslərin məhkəməyə çağırılması və dindirilməsinin təmin olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə belə qərara gəlib ki, qeyd edilən şəxslərin cinayət işində izahatları var, sənədlərin tədqiqi mərhələsində həmin izahatlar açıqlanacaq və araşdırma aparılacaq.

Daha sonra məhkəmə cinayət işində olan sənədləri tədqiq edib. Sənədlərin arasında təqsirləndirilən şəxslərin xidməti fəaliyyətləri ilə bağlı xasiyyətnamələr də var.

Hərbi Dəniz Qüvvələrinin istintaq orqanına göndərdiyi xasiyyətnamədən məlum olur ki, Vüsal Əlizadə xidməti dövründə şəxsi heyətlə münasibətləri həmişə yaxşı olub, xidməti dövründə heç bir nöqsan və cəza almayıb. Amma Hərbi Hava Qüvvələrinin o vaxtkı rəisi olmuş Ramiz Tahrovun Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinə göndərdiyi rəydə maliyyə xidmətinin rəisi olmuş Cəlal Kazımov mənfi xarakterizə olunub.

Cəlal Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, müdafiə etdiyi şəxsə qarşı verilən xasiyyətnamə qərəzli olub. Vəkil bildirib ki, Cəlal Kazımov döyüş bölgələrində olub, xidmətinin, ona verilən tapşırıqların öhdəsində layiqincə gəlib.

Cəlal Kazımovun özü də bu xasiyyətnamənin qərəzli olduğunu deyib. O bildirib ki, 30 il xidmət edib və heç vaxt töhmət və ya cəza almayıb.

Təqsirləndirilən Bayram Bayramovla bağlı Quru Qoşunların rəhbərliyi tərəfindən göndərilən rəydə o, xidməti dövründə müsbət xarakterizə olunub. Rəydə göstərilir ki, Bayram Bayramov xidməti dövründə heç bir vaxt töhmət almayıb.

Amma hakimlərin açıqlandığı sənədlərdən məlum olub ki, Bayram Bayramov əvvəllər məhkum olunub. Rəsmi sənədlərə görə, Bayram Bayramov Cəlilabad Hərbi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla cəzadan da aşağı həddə cəza təyin olunub. Həmin hökmlə Bayram Bayramov 500 manat miqdarında cərimə olunub.

Daha sonra hakimlərin açıqladığı sənədlərə görə, Vüsal Əlizadə 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Buna görə də o, Ağdamın işğalından azad olunması, Ordunun 100 illiyi medalı ilə təltif olunub.

Müdafiə Nazirinin göndərdiyi rəydə isə məlum olub ki, general Nizami Məmmədov xidməti dövründə heç bir vaxt töhmət və ya cəza almayıb. Rəydə general xidməti ilə bağlı müsbət xarakterizə olunub.

Hakimlər Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Elnur Süleymanovun istintaqa göndərdiyi hesabat açıqlanıb. Elnur Süleymanov nazirlikdə son illər ərzində xərcləri açıqlayıb. Hesabatda qeyd olunub ki, nazirlikdə 2015-2019-cu illərdə tədbirlərə 713 min xərc çəkilib.

Bəzi mühüm tədbirlər üçün nazirliyin sifarişi ilə “Ağ Çiçəyim” gül salonları şəbəkəsindən həmin illər ərzində 60 min manatlıq gül alınıb. Dibçəklərin alınması üçün isə 14 min manat xərclənib.

Hesabatda Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş Nəciməddin Sadıqovla bağlı bəzi xərclər açıqlanıb. Nəciməddin Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat xərclənib.

Bundan əlavə Nəciməddin Sadıqova 80 butulka çaxır alınıb ki, həmin çaxırların birinin qiyməti 100 manat olmaqla 8 min manat xərclənib.

Növbəti proses iyulun 19-da davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}