MİQ imtahanları: müəllimlərin narazılığı əsaslıdır? - AÇIQLAMA

13:26 15.07.2024 1 484
MİQ imtahanları: müəllimlərin narazılığı əsaslıdır? - AÇIQLAMA

Bu günlərdə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

İmtahanda iştirak edən namizədlərin müəyyən qismi sualların çətin olmasından şikayətlənir. Bildirilir ki, suallar bilərəkdən çətinləşdirilir, məzmuna uyğun verilmir. Bu səbəbdən də iştirakçılar imtahanda az bal toplayırlar.


Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Bakupost.az-a deyib ki, MİQ imtahanında, xüsusilə də metodikadan olan suallarla bağlı illərdir ki, bir müəllimin kitabı ortadadır:

"Hamı bilir ki, metodika sualları bir kitab üzərindən gedir. Bu kitabı hamı tanıyır. Ölkənin aparıcı bir sahəsində işə qəbul imtahanının biznes xarakterli müəyyən məqsədlərə xidmət etməsi təəssüfedicidir".

Ekspert qeyd edib ki, MİQ müsabiqəsindəki suallar daha çox metodikadan olmalıdır:

"Çünki biz müəllimi işə qəbul edirik. 4 il o sahədə oxuyub, tədris etdiyi fəndən hansısa bir çalışmanı edə bilməsi bizim üçün əsas götürülməməlidir. Daha çox metodiki suallar salınmalı və müəllimin metodiki bacarıqları yoxlanılıb işə qəbul edilməlidir. Bir də psixoloji baxımdan yoxlanılmalıdır. Amma çox təəssüf ki, bizdə müəllimin sağlamlığı və psixoloji durumu yoxlanılmadan işə qəbul olunur. İndi elektron qaydada sənəd qəbulu olduğu üçün burada bəzi məqamlar unudulur".

E.Qafarovun sözlərinə görə, cinayət törətmiş şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmasına icazə verilməməlidir:

"Ona görə də düşünürəm ki, müəllimlərin işə qəbulu vaxtı ASAN Xidmətdən məhkumluğun olmaması barədə bir arayış olmalıdır. Cinayət törətmiş insanın müəllim işləməsi nə dərəcədə doğrudur? Bəlkə həmin şəxsin cinayəti cinsi zorakılıq, cinsi istismarla bağlıdır? Belə cinayətləri törədən şəxsin pedaqoji fəaliyyətlə məşğul olması qanunla qadağandır. Sağlamlıq, psixoloji durum və məhkumluqla bağlı məsələlərə diqqət edilməlidir”.

Ekspert əlavə edib ki, hazırda imtahan suallarının 40-ı ixtisasdan, 20-si metodikadandır:

“Fikrimcə, metodikadan 40 sual, ixtisasdan 20 sual salınmalıdır. Çünki biz müsabiqənin sonunda müəllim seçirik. Müəllim də ümumi pedaqoji və metodiki bacarıqlar əsasında müəyyən olunur. Bu, riyaziyyatdan hansısa məsələ-misalı, çalışmanı və ya düsturu bilməsi ilə ölçülməməlidir”.


Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, uzun illərdir ki, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu imtahanı keçirilir:

"Bu imtahan obyektiv və şəffaf keçirilməsi ilə yadda qalır. Düzdür, istisna hallarda bəzən suallarda texniki, elmi xətalar olur. Bu da narazılıq yaradır. Amma əksərən imtahan tam obyektiv qaydada keçirilir. Hər kəs əldə etdiyi ümumi nəticə əsasında müvafiq vakant yerlər uğrunda mübarizə apararaq qəbul olduqdan sonra da təyinatını alıb əmək fəaliyyətinə başlayır".

Ekspert qeyd edib ki, son illərdə dəfələrlə imtahandan sonra bəzi müəllimlər tərəfindən müəyyən şikayətlər olur:

"Bu şikayətlər mövzuların, sualların çətin olması və s.-lə bağlıdır. Burada imtahan mövzuları və sualların çətinliyi konkret olaraq imtahan verən namizədlərin bilik-bacarıqlarına əsasən müəyyənləşir. Yəni, konkret olaraq, vahid çərçivə, mövzu var və bu mövzular çərçivəsində suallar tərtib olunub imtahanda istifadə edilir. Məsələn, ixtisaslar var ki, namizəd maksimal 90-95 bal toplaya bilirsə, deməli, burada çətinlik məsələsi əsas deyil. Əgər, böyük əksəriyyət 30-40, 50-60 bal toplasa, onda sualların çətin olduğunu deyə bilərik. Amma görürük ki, böyük əksəriyyət yüksək nəticə əldə edir. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi konkret mövzuları, o cümlədən, sualların tərtibini namizədlərin bilik səviyyəsinə uyğun hazırlamalıdr. Düzdür, bu, nəzərə alınır. Amma bundan sonra daha çox nəzərə alınsa, yersiz fikirlər də səsləndirilməz”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}