Tehran təklif edib, Moskva səssiz qalıb, İrəvan razılaşmayıb...

18:26 15.07.2024 1 435
Tehran təklif edib, Moskva səssiz qalıb, İrəvan razılaşmayıb...

"2020-ci ildə 44 günlük müharibə davam etdiyi zaman İranda münaqişənin həlli üçün təkliflər sənədi hazırlandı".

Globalinfo.az xəbər verir ki, bu barədə İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin Tehranda nəşr olunan xatirələr kitabında qeyd olunub.

Kitabda Zərif müharibə ərəfəsində İranın 4 ölkəyə təkliflərdən ibarət sənəd göndərdiyini bildirib:

“O zaman xarici işlər nazirinin müavini vəzifəsini icra edən Abbas Arakçı vasitəsi ilə Azərbaycana, Ermənistana, Türkiyə və Rusiyaya müharibənin bitməsi üçün hazırladığımız təklifləri göndərdik. Sənəddə işğalda olan torpaqların azad edilməsi, regionda kommunikasiyaların açılması, etnik azlıqların hüquqlarının qorunması, Tehranın dəstəyi ilə Naxçıvanla Azərbaycan arasında quru yolunun bərpası və Ermənistandan Qarabağa birbaşa dəhlizin fəaliyyət göstərməsi kimi təkliflər yer almışdı. Azərbaycan və Türkiyə təklifimizi müzakirəyə etməyə hazır olduqlarını bildirdilər, ermənilər birmənalı şəkildə rədd etdilər, Rusiya isə, ümumiyyətlə, reaksiya vermədi.

Biz proseslərdə İranın da iştirakını irəli sürdük, Bakı, İrəvan və Ankara qəbul etdi. Rusiya isə buna ehtiyac olmadığını dedi. Ermənilər bizim göndərdiyimiz o razılaşmanı qəbul etməməklə çox ciddi strateji səhvə yol verdilər. Paşinyan o zamankı təcrübəsizliyi ilə Arakçıya “siz Ermənistanı məğlubiyyəti qəbullanmağa məcbur etmək istəyirsiniz”, – dedi”.


Keçmiş XİN başçısı İranın Qarabağa görə dəfələrlə Ermənistana xəbərdarlıq etdiyini bildirib:

“2020-ci ildə Qarabağ Azərbaycana qayıtdı, Bakı işğalda olan torpaqları azad etdi. Qarabağın işğalda olduğu illər ərzində Tehran dəfələrlə İrəvana xəbərdarlıq edib. Başqa ölkənin ərazisinin işğalı qəbuledilməzdir”.

Zərif dolayı yolla İranın İrəvan üçün daha əlverişli sülh sənədi hazırladığını etiraf edib:

“O vaxt Ermənistanın biabırçı məğlubiyyətindən sonra mən İrəvana səfər etdim. Onlar etiraf etdilər ki, müharibəni daha uyğun razılaşma ilə bitirmək olardı. İrəvanın Tehranın təkliflərinə qarşı inadkar müqaviməti doğru deyildi”.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif 2013-2021-ci illər arasında İranın xarici işlər naziri olub. Danışıqlarda adıçəkilən Abbas Arakçı isə İranın növbəti xarici işlər naziri olmağa əsas namizəddir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}