"Filmlərimi türk dilində çəkmişəm və çəkəcəyəm" - Güneyli rejissor

13:07 24.07.2024 1 400
"Filmlərimi türk dilində çəkmişəm və çəkəcəyəm" - Güneyli rejissor

Şovinzmə baş əyməyəcəyəm, bütün filmlərimi ana dilim olan türkcə çəkmişəm və bundan sonra da belə edəcəyəm. Bu dili daha yaxşı bilir, fikir və duyğularımı daha güclü ifadə edə bilirəm.

Kult.az xəbər verir ki, bu sözləri güneyli rejissor Vəhid Nami deyib.

O, Tehranın "29 Bəhmən" kinoteatrında keçirilən konfransda özü və qardaşı Nəvid Naminin yaradıcılığı barədə danışıb, türk dilinə qadağalar və məhdudiyyətləri tənqid edib.

Konfransda iştirak edən jurnalistlərdən biri Vəhid Namiyə filmlərini türk dilində çəkdiyinə görə irad bildirib və bunun məntiqsiz olduğunu deyib.

“Bir rejissor öz ana dilində film çəkdiyinə görə sorğu-sual edilməməli, cavabdehlik daşımamalıdır. Kimlər bu qaydanı qoyub? Bu məcburiyyətlərin və qaydaların əleyhinəyəm və öz dilimdə film çəkməyə davam edəcəyəm. Təbriz şəhəri boyda olan Kosova kimi kiçik bir ölkədə 3 dil rəsmi dövlət dili kimi qəbul olunub. Yaradıcılığımın türk dilində olmasına irad bildirmək şovinizm nümunəsidir, bu isə artıq alınmayacaq”, - deyə, təbrizli rejissor cavab verib.

O, uzun illərdir İranda qeyri-fars xalqlara, dillərə və mədiniyyətlərə qarşı ədalətsiz davranıldığını, onların kimliyi, dili və mədəniyyətinin təhrif edildiyini deyib.

Rejissor hakim sistemdə təmsil olunan bir sıra güc mərkəzlərinin xalqların milli kimliyini saxtalaşdırmağa və özlərinin mənafeinə uyğun formalaşdırmağa çalışdıqlarını, ancaq bunun nəticə verməyəcəyini bildirib.

Qeyd edək ki, Vəhid Hüseyni Nami 1975-ci ildə Təbrizdə anadan olub, kino sənəti üzrə təhsil alıb, 20-dən çox qısametrajlı və sənədli film çəkib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}