Jurnalistlə blogerin 5 ƏSAS FƏRQİ

18:46 24.07.2024 1 344
Jurnalistlə blogerin 5 ƏSAS FƏRQİ

Bu gün jurnalistlərin, blogerlərin fəaliyyəti marağa və geniş müzakirələrə səbəb olur. Hər iki iş məlumatın toplanması, işlənməsi və yayılması ilə bağlıdır, lakin hər birinin öz xüsusiyyətləri var. Bu yazıda jurnalist və blogger işi arasındakı əsas fərqləri, onların funksiyalarını, məqsədlərini və cəmiyyətə təsirini nəzərdən keçirəcəyik.

BİRİNCİ FƏRQ – VƏZİFƏLƏR

Jurnalistika bir peşədir. Onun vəzifəsi obyektiv, həqiqəti əks etdirən və dil normalarına uyğun təqdim olunmuş məlumatları insanlara çatdırmaqdır. Bloger mahiyyətcə hadisələrin şahididir, onun üçün sosial şəbəkələrdə məlumat yaymaq hobbidir. Bu gün o, sosial şəbəkədə beş yazı dərc edə bilər, sonra iki ay yoxa çıxa bilər və buna görə heç kim ona heç nə deməyəcək.

İKİNCİ FƏRQ – QANUNLAR

Jurnalist düşündüyü hər şeyi edə və deyə bilməz. Onun fəaliyyətini tənzimləyən çoxlu sayda normativ hüquqi aktlar var. Bunlara Konstitusiya, Mülki Məcəllə, “KİV haqqında”, “Reklam haqqında”, “İnformasiya haqqında”, "Dövlət sirri haqqında" və s qanunlar daxildir. Bundan əlavə, hər bir media işçisi öz işində "Jurnalistlərin Peşə Etikası Qaydalarını" əsas götürməlidir. Blogerin azadlığı isə məhdud deyil, hazırda yalnız onun fəaliyyəti ilə bağlı xüsusi qanun yoxdur. Amma o da fəaliyyətində mövcud qanunları pozmamamlıdır.

ÜÇÜNCÜ FƏRQ – YARADICILIQ AZADLIĞI

Bloqçu böyük yaradıcılıq azadlığına malikdir. O, öz mövqeyini onlayn yayımlayır və bu, “ağızdan ağıza” ötürülür. Bir qayda olaraq, bloger tərəfindən yayılan məlumatlar strukturlaşdırılmır, mötəbər mənbələrdən toplanmır və etik standartlara uyğun gəlmir. Bloqçular öz emosiyalarını öz mülahizələri ilə idarə edirlər və yalnız bəyəndiklərini yazırlar. Jurnalist internetdə deyilən hər bir sözə görə cavabdehdir və mötəbər mənbələrə istinadən yalnız təsdiqlənmiş məlumatları dərc etməlidir. Bundan əlavə, onun mətnlərində heç bir mövqe izlənilməməlidir. O, tamaşaçıları ilə həmişə obyektiv, tərəfsiz, açıq və dürüst olmalıdır.

DÖRDÜNCÜ FƏRQ – DEDLAYN

Medianın işi müntəzəmdir. Jurnalistin fəaliyyəti həmişə müəyyən müddətlərlə məhdudlaşır. Onun üçün “son tarix” peşədəki ən vacib anlayışlardan biridir. O, uzun müddət material üzərində işləyə bilmir, çünki bu və ya digər hadisəni vaxtında yazmasa, operativliyi əldən verəcək və ola bilsin ki, tamaşaçıların inamını itirəcək. Blogerin fəaliyyəti son tarixlərlə tənzimlənmir. Onun işi “ilhamla” və öz iradəsi ilə baş verir.

BEŞİNCİ FƏRQ – MAAŞ

Blogerlər əsasən, öz sosial şəbəkələrini işlətməklə pul qazanırlar. Reklam və ya hər hansı məhsul satırlar, sponsor olurlar, ortaq proqramlar aparırlar və barterdə iştirak edirlər. Jurnalistlər isə birbaşa işəgötürəndən maaş alırlar. Bu, bir qayda olaraq, qonorar, əməkhaqqı və mükafatlardan ibarətdir.

Sonda qeyd edək ki, bloqçuların auditoriyası, bir qayda olaraq, dar istiqamətlidir - onlar yaradıcılığında öz dəyərləri və maraqlarına uyğun insanlara xitab edirlər. Jurnalistlər isə öz materiallarını media vasitəsilə daha geniş ictimaiyyətə ünvanlayırlar.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}