Ermənistanı məhv edərik! – Türk general

17:51 26.07.2024 840
Ermənistanı məhv edərik! – Türk general

10 noyabr bəyanatının imzalanmasından dörd ilə yaxın müddət keçib. Bu müddət ərzində Ermənistan hərbi mənada Azərbaycana qarşı güclənmək üçün silahlanmağa və təlimlərə üstünlük verdi. Diplomatik fəaliyyətlərə də nəzər yetirdiyimiz zaman Ermənistanın Rusiyanın yerinə Amerika və AB-ni seçərək, onlarla strateji yaxınlaşmağa başladığını görürük. Bütün bunlarla yanaşı, təxribatlar da davam edir. Beş gün öncə Kəlbəcərdəki mövqelərimiz iriçaplı silahlarla atəşə tutuldu, dünən isə kvadrokopterlə kəşfiyyat uçuşu həyata keçirməyə cəhd etdilər. Bunlar Ermənistanın sülh müqaviləsinin imzalanmasını deyil, yenidən "dəmir yumruq" yeməyə həvəsli olduğunu göstərir.

Bu sözləri Ermənistan ordusunun son təxribatları haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General Türkiyənin hər an Azərbaycanın yanında olduğunu, Ermənistanın yeni müharibəyə cəhd edəcəyi halda dövlət kimi yox olma təhlükəsi ilə qarşı-qarşıya qalacağını vurğulayıb:

“Konstitusiya dəyişiklikləri ilə bağlı da Azərbaycandan vaxt istəyirlər. Yəni prosesi yubadaraq və bütün fürsətlərdən istifadə edərək, silahlanırlar. Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verəcəklərini açıqladıqları gündə həm də təxribata əl atırlar. Biz Paşinyan hökumətinə kimlərin, hansı ölkələrin cəsarət verdiyini çox yaxşı bilirik. Onların adı Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatında açıq şəkildə qeyd olunub. Amma Paşinyan hökuməti və onun başını sığallayanlar, qızışdırıb ortaya salanlar qəti surətdə yeni müharibəyə başlamaq cəhdinin Ermənistanın ən böyük tarixi səhvi olacağını dərk etməlidirlər. Heç kim Türkiyə və Azərbaycanın səbri ilə oynamamalıdır. Şuşa Bəyannaməsini təkrar-təkrar oxusunlar. Bu sənəd boş-boşuna hazırlanmayıb, imzalanmayıb. Hər kəs bilməlidir ki, Ermənistana kim dəstək verirsə versin, nəticə dəyişməyəcək. Nəyəsə ümid edib səhv addım atsalar, aldıqları silahları işə salmaq bir yana dursun, gözlərini açmağa imkanları olmayacaq. Arxalarında duranlar isə onları ortada qoyub qaçacaq. Biz sülh içində yaşamaq, normal münasibət qurmaq istəyirik, buna görə səbir edirik. Ancaq səbrimizi zəiflik kimi görənlər, geri addım atacağımızı, güzəştə gedəcəyimizi düşünənlər çox böyük səhv edirlər. Vətən müdafiəsində geri addım, güzəşt olmur!”(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}