Öldürülən HƏMAS liderinin həyat tarixçəsi

11:10 31.07.2024 938
Öldürülən HƏMAS liderinin həyat tarixçəsi

Xəbər verdiyimiz kimi, HƏMAS lideri İsmayıl Haniyə bu gün səhər saatlarında Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində öldürülüb.

Əldə olunan məlumata görə, Haniyə 1962-ci ilin 29 yanvarında Qəzza zolağının Əl-Şati qaçqın düşərgəsində doğulub.

O, 1987-ci ildə Qəzza İslam Universitetindən məzun olub. 1989-cu ildə HƏMAS üzvü olduğu əsas gətirilərək həbs olunan Haniyə 3 il sonra sərbəst buraxılıb və İsrail tərəfindən Livanın cənubuna sürgün olunub. 1 il sonra isə Qəzzaya geri dönüb.

Haniyə 2006-cı ilin 19 fevralında Fələstin lideri Mahmud Abbas tərəfindən baş nazir təyin edilib.

O, 2006-cı ilin oktyabrında FƏTH hərəkatı ilə HƏMAS arasında yaranan qarşıdurma fonunda maşın karvanına təşkil edilən hücumdan, həmçinin İsrailin 2007-ci ildə onun evinə atdığı raket hücumundan da sağ qurtulub.

2007-ci ilin iyununda isə FƏTH və HƏMAS qarşıdurmasının gərginləşməsinə görə Mahmud Abbasın fərmanı ilə Haniyənin koalisiya hökuməti buraxılıb. Lakin HƏMAS tərəfdarları Abbasın qərarını və yeni hökumətinin legitimliyini tanımadıqları üçün Haniyə kabineti işini davam etdirib.

ABŞ Dövlət Departamenti onu 2018-ci ildə terrorçu elan edib.

Haniyə evli idi, 13 övladı var.

2014-cü ildə dərc olunan məqaləyə görə, Haniyənin sərvəti Misirdən Qəzza zolağına tunellər vasitəsilə gələn bütün əşyalardan alınan 20 faiz vergi hesabına formalaşıb.

Onun bir çox qohumu, bacı və qardaşı İsrailin himayəsi, bu ölkənin vətəndaşlığı altında yaşayır. İddia olunur ki, Haniyənin bacılarının övladları İsrail Müdafiə Qüvvələrində vəzifədə olub. Bacısı, qızı, nəvəsi və qayınanası İsrail xəstəxanalarında müalicə olunub.

O, 2020-ci ildə Tehran şəhərinə səfər edərək Qasım Süleymaninin cənazəsinə qatılıb. Ömrünün son illərində Qətər və Türkiyədə yaşayıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}