KÜRDƏMİRDƏ “YAŞIL SOYQIRIM” – Bələdiyyə üzvü Tuqay meşələrində yaşlı qovaq ağaclarını kəsdirib / FOTO

19:16 3.08.2024 1 155
KÜRDƏMİRDƏ “YAŞIL SOYQIRIM” – Bələdiyyə üzvü Tuqay meşələrində yaşlı qovaq ağaclarını kəsdirib / FOTO

Kürdəmir rayonu, Şüşün kənd sakini Mikayılov Çingiz Mikayıl oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfova, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadəyə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevə, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:

“Hörmətli Muxtar müəllim!

Kürdəmir rayonu, Şüşün kəndi ərazisində - Kür çayı sahilində meşə zolağında qanunsuz ağac kəsintisi faktı mövcuddur. Kürdəmir rayonu, Şüşün kənd sakini, Köhünlü bələdiyyəsinin üzvü Abbasov Nohəl Soltan oğlu 40.136095, 48.026447 koordinatlarında yerləşən meşə zolağında meşəqırma icazəsi olmadan meşənin “soyqırımı”nı aparıb. O, Tuqay meşələrində yaşlı qovaq ağaclarını kəsdirib.

8 saylı RETSİ idarəsinin rəis Akif Məmmədov və Kürdəmir rayonunda ekologiyaya məsul olan Eldəniz adında şəxs ağaclarının qırılma faktına göz yumur. Bütün bunları nəzərə alaraq, aşağıdakıları xahiş edirəm:

Şəxsən Akif Məmmədovun iştirakı ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları əraziyə baxış keçirərək, akt tərtib etsinlər.

Tərtib edilmiş akt Cinayət Məcəlləsinin 259-cu maddəsi (qanunsuz ağac kəsmə) ilə tədbir görülməsi üçün prokurorluq orqanlarına göndərilsin.

Akt tərtib edilərkən Nohəl Abbasovun bələdiyyə üzvü və müavin olması faktı nəzərə alınsın.

Tərtib edilmiş aktı müraciət müəllifinə təqdim etsinlər.

Muxtar müəllim, inanıram ki, 8 saylı RETSİ rəisi Akif Məmmədova qanunların tələblərinə əməl edilməsi üçün göstəriş verəcəksiniz.

Cənab nazir!

Diqqətinizə onu da çatdırım ki, Nohəl Abbasov həmçinin Kürdəmir Suvarma Sitemləri idarəsinin məsul əməkdaşı olub. Onun Kürdəmir rayonunda ekologiyaya nəzarət edən Eldəniz adlı şəxslə yaxın münasibətləri var. Hansı ki, Nohəl Abbasov uzun illərdir saxta diplomla dövlətə küllü miqdarda ziyan vurmuş şəxsdir. Onun diplomunun saxta olması faktı təsdiqini tapıb. Şəxs qulluq mövqeyindən sui-istifadə edərək, meşə təsəruffatına da ciddi ziyan vurub.

İnanıram ki, dövlətimizi və təbiətimizə ziyan vurmuş şəxsin müdafiəçiləri qanunun şah olduğunu dərk edə biləcəklər.

Əvvəlcədən təşəkkür edirəm”.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.(Bia.az)







Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}