Goranboy İH-da qarşıdurma: vəzifəli şəxsin halı pisləşdi - Daha bir İSTEFA

11:36 5.08.2024 917
Goranboy İH-da qarşıdurma: vəzifəli şəxsin halı pisləşdi - Daha bir İSTEFA

Goranboy Rayon İcra Hakimiyyətində daha bir məsul şəxs istefa verib.

Bakupost.az xəbər verir ki, İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənovun istefasından sonra Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nicat Məmmədov da anoloji addım atıb.


Fotoda: Nicat Məmmədov

Məlumata görə, Ş.Həsənovla N.Məmmədov yaxın dost olublar. Ş.Həsənovun istefasından sonra rayon icra başçısı Məhərrəm Quliyev N.Məmmədovun ərizəsinin üstünü yazaraq, onu da işdən azad edib.


Fotoda: Seymur Nazarov

Məsələ ilə bağlı N.Məmmədov Bakupost.az -a açıqlamasında bildirib ki, başçının birinci müavini Seymur Nazarovla aralarında baş verən narazılıq, onun işinə mane olması səbəbindən bu addımı atmağa məcbur olub:

“Mən, başçıya məlumat verdim. Ərizə yazanda bildirmişdim ki, mənə qarşı haqsız, ədalətsiz münasibət göstərildiyi üçün vəzifə səlahiyyətlərimi faktiki olaraq yerinə yetirə bilmirəm, xahiş edirəm, tutduğum vəzifədən azad edin. Mənə işləməyə imkan vermirdi. Bu adamın səriştəsizliyi, öz işindən başqa bütün məsələlərə müdaxilə etməsi orada çalışmağımı mümkünsüz etdi. Mən, başçıya bu barədə dəfələrlə bildirdim, amma o, heç bir tədbir görmədi”.

N.Məmmədov işdən çıxmağı barədə özü ərizə versə də, işdən azad edilməsinin qanunsuz olduğunu bildirib:

“Mən, ərizə yazdım, amma başçı təsdiqləmədi. Həmin vaxt stress keçirdim, halım pisləşdi, təcili yardım gəldi və mən bülletənə çıxıb, müalicəyə başladım. Başçı mən bülletendə olduğum vaxt işdən çıxarılmağım barədə əmr verib. Bu, qanunsuzdur”.


N.Məmmədov hüquqlarını bərpa etmək üçün ona haqsızlıq edən şəxslərə qarşı mübarizə aparacağını bildirib:

“Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevlə görüşüb, Goranboy İH-də nələrin baş verdiyini ona şəxsən söyləyəcəyəm. Ondan sonra da mənim haqqımı tapdalayan adamlara qarşı mübarizəyə başlayacağam”.

N.Məmmədov bir neçə gün əvvəl istefa verən Ş.Həsənovla dost olduğunu təsdiqləyib:

“Bəli, yaxın dostuq. Bir yerdə oxumuşuq”.

Məsələ ilə bağlı qarşı tərəf – S.Nazarovla əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. O, iş telefonunu götürmür, mobil nömrəsi isə bağlıdır.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}