Polad Həşimovun oğlu niyə “avtoş” olmadı?..

14:02 5.08.2024 1 925







Seymur VERDİZADƏ,
jurnalist







İnternet əsrində yaşamağımızın üstünlükləri çoxdur. Məsələn, hansısa yaramazın bəd əməllərini ifşa edəndə, bu ləkə ömürlük onun alnında qalır.

Amma 15-20 il əvvəl belə deyildi. O vaxt yazılarımız qəzetlərdə dərc olunurdu. Mənim də yaltaq və alçaq adamlarla əvvəldən aram olmayıb. Hansısa yalançı və talançı məmuru tənqid edəndə, belə deyirdi: “Pislik özünə qalacaq. Sabah sənin yazdığın qəzetə yumurta büküb, mağazaya gələn hansısa uşağın qoltuğuna verib, yola salacaqlar. Nə qəzet qalacaq, nə də sənin yazdıqların...”.

İndi yazdıqlarımızı kiminsə “qoltuğuna vermək” mümkün deyil. Hansısa bədəməli tənqid edəndə, bu, onun yeddi qatından keçir. Aradan həftələr, aylar, illər keçir, amma həmin ləkəni alından silmək olmur. İnternet resursları həmin bədəməlin bəd əməlini nəsildən-nəsilə ötürür.

Boş vaxtlarım olanda keçmişə ekskursiya edirəm. Səfər Əbiyev müdafiə naziri, Hacıbala Abutalıbov Bakı şəhər icra hakimiyyətinin başçısı, Elmar Vəliyev Gəncənin başçısı, Misir Mərdanov təhsil, Oqtay Şirəliyev səhiyyə naziri olanda yazdığım yazılar indi də qalır. Əgər, kimsə internetdə Cahangir Əsgərovun adını yazsa, qarşısına mənim məqaləm çıxacaq: “Cahangir Əsgərov lotudur?!”

İnternetin sayəsində gələcək nəsillər biləcək ki, Cahangir Əsgərov ortadan bir az yuxarı ranqlı məmur olsa da, uzun illər özünü sözün həqiqi mənasında lotu kimi aparıb. Gələcək nəsillər onu da biləcək ki, Hacıbala Abutalıbov Bakının, Misir Mərdanov təhsilin, Oqtay Şirəliyev səhiyyənin anasını ağladıb. Bu adamlar dolayısı ilə bizim, yəni xalqın anasını ağladıblar...

Azərbaycanda atasının yüksək məqamından istifadə edib, yolunu azan, sadə insanların ayağının altını qazan xeyli bivec övlad var. Biri dədəsini çərlədib öldürdü, biri atasının vəzifədən getməsinə səbəb oldu, başqa biri isə öz yaramaz əməlləri ilə atasının çiynindəki general ulduzlarını qoparıb, ayaqlar altına atdı.

Yəqin söhbətin hansı məşhur generalın “avtoş” oğlundan getdiyini xatırladınız. Sözümü bu adamların qılıncının dalının da, qabağının da kəsdiyi vaxt dediyim üçün, təfərrüatlara varmaq istəmirəm. Vəzirov nahaq demirdi ki, Azərbaycan ovuc boyda yerdir. Burada kimin "hansı yuvanın quşu" olduğunu hamı yaxşı bilir.

Dünəndən bəri sosial şəbəkələr mərhum general Polad Həşimovun oğlu Davud Həşimovun uğurları ilə çalxalanır.

Polad Həşimovun oğlu niyə “avtoş” olmadı?..
Bildiyiniz kimi, Davud 4 xarici ölkədə yerləşən 7 nüfuzlu universitetə qəbul alıb. O, kompüter mühəndisliyi üzrə təhsil alacaq. Deyir ki, bu, atasının arzusu olub.

Azərbaycanda general övladları daha çox ərköyün həyat tərzi ilə gündəmə gəlirlər. Sanki “avtoşluq” yüksək rütbəli zabitlərin uşaqlarının alnına yazılıb. Amma Davud “avtoş” olmadı, Azərbaycanın fəxri oldu. Çünki, o, Polad Həşimovun oğludur. General ulduzlarını isti kabinetlərdə deyil, səngərdə alan mübariz bir generalın övladıdır.

Ot kökü üstdə bitir.

Oğullar atalarının yolu ilə gedir.

Yolun açıq olsun Davud!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}