Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?

13:28 6.08.2024 1 288
Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?

Oleq Krapivin – Oleq Bakinski olduqca təzadlı şəxsdir: 1960-cı ildə Şamaxıda anadan olub, 6 il sonra ailəsi ilə Bakıya köçüb, idman təmayüllü internat məktəbində təhsil alıb, sərbəst güləş üzrə ondördqat Azərbaycan çempionudur.

1989-cu ildə Ukraynaya gedib və bir müddətdən sonra iş adamına çevrilib. Bir neçə il öncəyə qədər 84 milyonluq var-dövlətlə Ukraynanın 100 varlı şəxsi sırasına (98-ci yer) düşməyi bacarmışdı.

Oleq Krapivin həm də kriminal aləmdə “Oleq Bakinski” kimi tanınır, avtoritetdir və avtoritet olduğunu heç vaxt gizlətməyib. Onun haqqında təzadlar da buradan başlayır: bir çoxu Bakinskinin diaspor fəallığını özünə və sərvətinə “qalxan” yaratmaq üçün düşünülmüş addım kimi qiymətləndirir və Ukraynadakı Azərbaycan diasporunda onun adının hallanmasına qarşıdır, çünki kriminal aləmə ciddi şəkildə bağlılığı olan Krapivin, Azərbaycan diasporu haqda heç də müsbət imic formalaşdırmır, üstəlik, onun Ukraynada olan varlı azərbaycanlılardan “haqq” tələb etməsi iddiaları da var; bəziləri isə onun Ukraynada darda olan azərbaycanlılara doğrudan da dəstək olduğunu bildirir.

Oleq Krapivin 2016-cı ildə Azərbaycanın bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına da layiq görülüb. Ancaq 2022-ci ildəki “Dostluq” ordenindən fərqli olaraq, bu fəxri adı hallandırılmır. Çünki doğrudan da ondördqat çempion olmaqla yanaşı, Krapivin veteranlar arasında dünya çempionatının da qalibi olub.

2022-ci ildə isə vəziyyət dəyişmişdi. Belə ki, 2020-ci ildən başlayaraq, Krapivin haqda Ukrayna mediasında ciddi iddialar səsləndirilirdi və bu iddiaların davamı olaraq onun haqqında araşdırma başlamışdı. Onun, hətta, bir əməliyyat zamanı “qanuni oğru” kimi Ukrayna polisi tərəfindən saxlanıldığını əks etdirən fotolar da yayılmışdı.

2022-ci il 24 fevralda Rusiyanın Ukraynaya hücumundan sonra isə vəziyyət Bakinski üçün daha da çətinləşir: o, mediada 90-cı illərdə qəsb və quldurluqla var-dövlət toplamaqda ittiham edilir, istintaqın isə istiqaməti dəyişir - işğalçılarla əməkdaşlıq və şəriklik şübhəsi, Kadırovun Ukraynadakı quldur dəstələri ilə əlaqə və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı...

Krapivin bu araşdırmanın nəticəsini gözləmədən, Ukraynanı tələsik tərk etmiş və Bakıya yerləşmişdi. 26 iyunda isə onun haqqında qərar çıxarılır: Ukraynada yaşayış izni ləğv edilir, Ukraynaya girişi qadağan olunur. Onun FTX ilə əməkdaşlığı şübhəsi ə görə araşdırmalar davam etdirilir.

Məhz bu araşdırmalar getdiyi bir vaxtda da Oleq Krapivin diaspor fəaliyyətinə görə “Dostluq” ordeninə layiq görülür.

Onun “Dostluq” ordeninə təqdimatını, əlbəttə ki, Diasporla İş üzrə Dövlət Komitəsi verib. Komitə, barəsində cinayət təqibi olan, haqqında istintaq gedən, Ukraynadan qaçmağa məcbur olan bir şəxsi hansı əsasla və meyarla ordenə təqdim etmişdi?

Digər məsələ: qeyd etdiyimiz kimi, Ukraynadakı Azərbaycan diasporunda Oleq Bakinski haqda birmənalı rəy yoxdur və böyük əksəriyyət adının onunla eyni təşkilatda-qurumda çəkilməsini istəmir. Bu isə Ukraynadakı diasporumuzun parçalanmasına səbəb olmuşdu. Belə məqamda, Diaspor Komitəsi niyə yerli diaspor üzvlərinin rəyini öyrənmədən və ya bu rəyə əhəmiyyət vermədən Oleq Krapivini yüksək ordenə təqdim edib?

Güman edirik ki, Diaspor Komitəsi bu suallara aydınlıq gətirəcək...

Qeyd: DİN ötən ilin martında Bakının Nərimanov rayonunda əməliyyat keçirmiş və cinayətkar dəstə üzvlərini həbs etmişdi. Onlar pul almaq məqsədilə oğurladıqları iş adamı Sahib İsmayılzadəni saxladıqları evdə yaxalanmışdılar.

Azərbaycan mediası bu əməliyyatdan Ukrayna KİV vasitəsilə xəbər tutdu. Ukrayna mediası həbs edilənlərin Oleq Bakinskinin dəstəsi olması ilə bağlı iddia yaymışdı.

Zəruri olaraq xatırladaq ki, Oleq Bakinski “Rusiya vətəndaşına qarşı xuliqanlıqda” təqsirli bilinərək, həbs edilib.(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}