"Elnura 25 min avro verdim ki, Tofiq Yaqubluya çatdırsın"

11:58 10.08.2024 1 092
"Elnura 25 min avro verdim ki, Tofiq Yaqubluya çatdırsın"

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Vaqif oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnur Məmmədov Tofiq Yaqublunun suallarını cavablandırıb.

Tofiq Yaqublu Elnur Məmmədova suallar versə də, o, cavablandırmaqdan imtina edib.

Daha sonra zərərçəkmiş qismində tanınmış Elşən Hüseynov ifadə verib. O bildirib ki, sinir sindromu və şəkərli diabet xəstəliklərindən əziyyət çəkir. Onun sözlərinə görə, nə Tofiq Yaqublu, nə də ki, Elnur Məmmədovla ədavəti və düşmənçiliyi var, onların heç birini əvvəllər tanımayıb:

“Mən, Elnur Məmmədovla sosial şəbəkədə dostluq etmişəm. Onunla sosial şəbəkədə yazışma zamanı xəstəliyim barədə danışdım. Bildirdim ki, xəstəliyimlə bağlı üç ölkədə - Almaniya, İsrail və ya Belarusda müalicə almaq istəyirəm. Mənim xəstəliyim bir günlə, iki günlə, bir ayla müalicəsi bitən xəstəlik olmadığı üçün, müalicə aldığım ölkədə uzun müddət qalmalı idim. Buna görə də Elnur mənə Almaniyaya getmək üçün viza təşkil etməyi, orada oturum almağı təklif etdi. Bu da mənim müalicə almağım üçün uyğun gəldiyindən, razılaşdım. Elnur həmin vaxt bu işləri görmək üçün Tofiq Yaqublunun adını çəkdi. Mən, əvvəlcə ona inanmadım. Amma sonradan hər ikisinin tanınmış şəxs olduğu üçün razı oldum”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Elnur Məmmədovla Nərimanov Rayon Məhkəməsinin yaxınlığında görüşüb:

“Həmin vaxt Elnur oradakı Tofiq Yaqubluya yaxınlaşdı. Onunla nəsə söhbət etdilər. Həmin vaxt Elnurun əlində qara qovluq var idi. Tofiq Yaqublu qovluğu alıb baxdı və özünə qaytardı. Sonra onlar ayrıldılar. Mən düşündüm ki, görüşmək üçün məni də çağıracaqlar. Amma çağırmadılar. Bunun səbəbini Elnurdan soruşdum. Dedi ki, sənin görüşməyin məsləhət olmadı”.

Elşən Hüseynov qeyd edib ki, onun evində 25 min avro olub, həmin pulu viza və Almaniyada oturum almaq məqsədilə Tofiq Yaqubluya çatdırılması üçün Elnur Məmmədova verib. Onun sözlərinə görə, sonradan əlavə 10 min manat da istəyiblər, o da həmin məbləğdə pulu bir tanışından alaraq, onlara verib:

“Mənə dəymiş ziyan ödənilməyib. Mənə dəymiş ziyanın ödənilməsini istəyirəm. O pul mənim həyatımı, taleyimi həll edir”.

Daha sonra Elşən Hüseynov dövlət ittihamçısının suallarını cavablandırıb. Zərərçəkmiş qeyd edib ki, Elnur Məmmədovla bu məsələləri müzakirə edən zaman o, Tofiq Yaqublu ilə yanaşı, Qənimət Zahidin də adını çəkib:

“Mənə dedi ki, bu işləri görmək üçün tanışları var. Məni onların vasitəsi ilə Almaniyaya yollaya biləcəyini dedi. Ondan tanışlarının kim olduğunu soruşdum. O da Tofiq Yaqublu, Qənimət Zahidin adını mənə dedi”.

Bundan sonra Elşən Hüseynov Tofiq Yaqublu və onun vəkillərinin suallarını cavablandırıb.

Növbəti proses avqustun 16-da davam edəcək.

İttihama görə, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib.

Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Araçılıq edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib.

Tofiq Yaqublu və Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə, eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

İttihama münasibət bildirən Tofiq Yaqublu özünü təqsirli bilməyib. Elnur Məmmədov isə özünü tam təqsirli bilib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}