ABŞ Zəngəzura yerləşir: İran niyə dilini udub? - General

20:34 15.08.2024 1 092
ABŞ Zəngəzura yerləşir: İran niyə dilini udub? - General

"ABŞ bir daha çıxmamaq şərtilə ilə Qafqaza yerləşir. Bunu da Ermənistan vasitəsilə həyata keçirir. Eyni addımları Rumıniya və Yunanıstanda da atıblar".

Bu sözləri Axar.az-a ABŞ-ın Zəngəzurda gizli hərbi baza qurması ilə bağlı yayılan məlumatlar haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi Yücel Karauz deyib.

General bildirib ki, bunun arxasında bir sıra strateji məqsədlər dayanır:

“Birincisi, İranı nəzarət altında saxlamaq, ikincisi, Türkiyəni şərqdən mühasirəyə almaq, üçüncüsü, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını əngəlləmək, münaqişə vəziyyətindən öz məqsədləri üçün istifadə etmək, sonuncusu isə Rusiyanı Gürcüstana doğru genişlənəcək şəkildə cənubdan mühasirəyə almaqdır. Bütün bunlar fonunda ABŞ-ın qapalı və açıq şəkildə Ermənistanı təlimlər, silah yardımı vasitəsilə dəstəkləyərək, bölgədə ədalətli sülh istəmədiyini açıq şəkildə deyə bilərik”.

Karauz İranın səssizliyinin ağlasığmaz davranış olduğunu vurğulayıb:

“İran heç vaxt güclü rəqib qarşısında səsini çıxara bilməyib. İranın dini lideri Xamenei Pezeşkianın andiçmə mərasimində Paşinyanı qəbul edib, Zəngəzur dəhlizinin açılmasının Ermənistanın milli təhlükəsizlik maraqlarına zərbə olması, sərhədlərin toxunulmazlığı və “qədim” dostluq, qardaşlıq barədə nağıllar danışıb. Amma Zəngəzurda ABŞ hərbi bazasının qurulmasının əsas hədəfinin İran olduğunu bilə-bilə bu haqda Ermənistana bir kəlmə belə etiraz bildirmədi, sanki dilini udub. Təsəvvür edin, ən böyük düşmən elan etdikləri ABŞ-ın belə orda olmağına razıdırlar, amma türkün Zəngəzurda olmasını milli təhlükəsizlik maraqlarına təhdid hesab edirlər. İran Suriya və İraqda olduğu kimi, məntiqə sığmayacaq addımlar atır”.

General qeyd edib ki, nəticə etibarilə ABŞ-ın Zəngəzura yerləşməsi hərbi üstünlüyü Ermənistanın xeyrinə dəyişə bilməz:

“Siyasi nəticələrinə isə Azərbaycan dövləti cavab vermək iqtidarına, gücünə sahibdir”.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}