Saglıgında Moskvada büstü qoyulmuş ağsulu alimə ad günü TƏBRİKİ!

21:19 15.08.2024 4 046
Saglıgında Moskvada büstü qoyulmuş ağsulu alimə ad günü TƏBRİKİ!

Saglıgında Mokvada heykələ dönmüş həmyerlimiz Füzuli Ataş oğlu Fərəcov!
Onun "Buran" kosmik uçuş gəmisinin yaranmasında böyük əməyi olub!

Rusiya kimi nəhəng bir ölkənin paytaxtında, özü də sağlığında büstü qoyulmaq hər bir adama nəsib olmayan fəxrdir. Belə görkəmli adamların sayı cəmisi iiyirmi-otuzdan çox ola bilməz. Azərbycanlı, texnika elmləri namizədi, İctimai Elmlər Akademiyasının həqiqi üzvü Füzuli Ataş oğlu Fərəcova belə bir yüksək etimad göstərilib.

2010-cu il iyun ayının 11-də Rusiya Federasiyasının adlar və yaşayış məntəqələri üzrə vətəndaşların adlarının əbədiləşdirilməsi və ictimai mükafatlar üzrə Milli Komissiyası qərar qəbul edib: Moskvada Vətən Şöhrəti meydanında (Moskva şəhəri, Krımskiy val, ev10, İncəsənət Parkının ərazisi, SektorA4-A8) Füzuli Fərəcovun heykəltaraşlıq təsviri (büstü) qoyulsun.

Bu məqamda daha bir həmyerlimiz, əfsanəvi insan, Sovet dövlətinin ən qüdrətli vaxtlarında - idarə olunan kosmik aparatlara dövlət rəhbərlik komissiyasının sədri Kərim Kərimovun bir vaxt Füzuli Fərəcovun sovet kosmonavtikasının inkişafına sərf etdiyi əməyinə verdiyi qiyməti xatırlamaq yerinə düşərdi:

"Fizuli Fərəcov ömrünün müəyyən hissəsini XXI əsrin uçan aparatlarının layihələşdirilməsinə və istehsal olunmasına həsr etmişdir. O, öz qarşısına məqsəd qoymuşdur ki, təyyarələri təkcə atmosferdə deyil, kosmosda da uçmağa məcbur etmək lazımdır. İnadkarlığı və aviasiya texnologiyasını dərindən bilməyi aerokosmik sənayesinin bir çox mütəxəssisləri ilə birlikdə kifayət qədər qısa müddətdə çoxdəfəlik işlənən, Amerikanın "Speys-Şattl" layihəsindən geri qalmayan "Buran" kosmik gəmisini yaratmağa nail olmuşlar. Əslində bir çox aerokosmik göstəricilərinə görə "Buran" "Şattl"dan üstündür. 1988-ci ildə "Buran" kosmik gəmisi real uçuş şəraitində uğurla sınaqdan çıxdı. Saatyarımdan azacıq artıq vaxtda "Buran" Yer kürəsini dolanaraq "Baykonur" kosmodromuna döndü, ordan da güclü "Energiya" daşıyıcı raketi ilə yenidən start götürdü. Həm də ki, "Şattl"dan fərqli olaraq, "Buran", gəmidə olan kompüterin hesabına, avtomatik idarə olunaraq, pilotsuz uçmuşdur. Fizuli Fərəcov "Buran" gəmisinin yaranması üçün çox böyük əmək sərf etmişdir.

Hörmətlə,
Kərim Kərimov,
Sosialist Əməyi Qəhrəmanı,
23 sentyabr, 1995-ci il."


Fərəcov Füzuli Ataş oğlu 1958-ci il avqustun 15-də Ağsu rayonunun Ərəbuşağı kəndində anadan olub. Bu gün Füzuli Fərəcovun dogum günüdür. Bu böyük insanı Agsu ziyalıları adından səmimi qəlbdən təbrik edir, uzun ömür, can saglıgı arzulayıram!

Qürur mənbəyimizsiniz, Füzuli bəy! Sizinlə fəxr edirik!!!


Böyük ehtiramla,
Ədalət NƏBİ,
jurnalist-şair
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}