Ağsudan millət vəkili kim olsa yaxşıdı?.. - Mənim seçimim

00:36 17.08.2024 8 274







Seymur ƏHMƏD






Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkinin Ağsuda maraqlı, rəqabətli olacağı inandırıcı görünmür. Çünki 8 namizədin içərisində rayon ictimaiyyəti arasında ən çox tanınanı, nüfuz sahibi olanı Əli Abbas oğlu Hüseynovdur ki, o da YAP-ın üzvü olmaqla, Ağsu RMX RPŞ-nin direktorudur. Yəni, cəmiyyətdəki çəkiyə qalanda, Əli Hüseynov - "Əli doxtur" rayon üzrə digər namizədlərlə müqayisədə, uğur baxımından, xeyli öndədi. Amma...

Amma Əli Hüseynovun deputatlığa namizədliyi son dövrdə MM-ə keçirilən seçkilərin əksəriyyətində YAP-ın üzvü kimi irəli sürülsə də, o, millət vəkili olmayıb. Belə götürəndə, "Əli doxtur" özü də millət vəkili kürsüsünə maraqlı, sevdalı görünməyib. Əlbəttə, səbəbini xəstəxana direktoru özü daha dəqiq bilər... Güman ki, bu seçkidə də Əli Hüseynov seçki finişinə eləcə namizəd kimi çatacaq. Hələlik gedişat belə göstərir.

İkinci və əsas "şanslı namizəd" kimi bu gün Ağsuda daha çox nəzərə çarpan şəxs jurnalist Elçin Mirzəbəylidi. ƏHD partiyasının sədri Qüdrət Həsənquliyevin müavini olan Elçin Mirzəbəyli əslən Lənkəran rayonundan olsa da, nədənsə bu seçkidə özünü məhz Ağsuda sınamaq qərarı verib. "Ana tərəfi ağsuludu" (belə deyirlər - S.Ə.) faktı doğrudursa belə, yenə də Elçin Mirzəbəylinin çoxsaylı seçici tərəfindən dərindən tanınmadığı bir rayondan deputat olmaq istəyi birmənalı qarşılanmır. Hər halda, şanslı görünür Mirzəbəyli, çünki onun seçicilərlə görüşlərinə "bələdçilik" eləyənlər sıravi təbəqədən deyil. Digər tərəfdən, Elçin Mirzəbəyli özü natiqdi, jurnalistdi, şairdi, müxtəlif vəzifələrdə təcrübə yığıb və həm də görüşlərə jurnalist həmkarları ilə qatılır... Bir sözlə, "seçicilərin rəğbətini qazanmaq"dan ötrü məəttəl qalmır.

Digər 6 namizədə gəlincə, hər biri ağsulu olsa da, açığı, rayon əhalisinin əksər hissəsi üçün elə də tanınmış simalar deyillər (Əsas tanınmış nüfuz sahibi olan ağsulular nədənsə bu seçkidə kənarda qaldılar - S.Ə.). Elşən Alik oğlu Əliyev bir az istisna təşkil eləyir, bu baxımdan ki, ötən deputat seçkisində də namizəd olmuşdu. Ümumilikdə isə 6 namizədin, demək olar, hamısı cavandı, müxtəlif iş və vəzifə sahibləridi. Bəlkə də onlardan hər hansı biri Milli Məclisə düşməyi bacarsa, Ağsu və ağsulular üçün daha uğurlu nəticə alınar. Həm gəncdilər, enerjilidilər, həm də savadlıdılar, fikir ifadəsində daha cəsarətli olarlar... Bəlkə də...

Mənə qalsa, bu namizədlərin arasından Zahid Ağairza oğlu Seyidzadəni seçərdim. Ona görə ki, yuxarıda sadaladığım gənclik meyarları onda da var.

Üstəlik:

- iqtisadçıdı - Rusiya Dövlət Turizm və Xidmət Universitetini bitirib və hazırda Azərbaycan İqtisad Universitetində "Dövlət və Bələdiyyə idarəetmə" ixtisası üzrə ikinci təhsil alır;

- gənc yaşlarından mühəndis kimi əmək fəaliyyətinə başlayıb;

- "İSH GROUP" MMC-nin direktorudu;

- partiya asılılığı yoxdu, müstəqildi, namizədliyini də müstəqil olaraq irəli sürüb və s.


Zahid Seyidzadə iqtisadçı olmaqla yanaşı, sagibkardı-biznesmendi-iş adamıdı. Eşitdiyim qədəri, xeyriyyəçilik əməllərinə sahibdi, yüksək mədəniyyət, qabiliyyət yiyəsidi.. . Bir rayon əhalisinin vəkili olmaq üçün bu qədər keyfiyyət yetərli deyilmi?.. Məncə, artıqlaması ilə bəs eləyər, sadəcə seçicilərin etimadını qazanmaq, səsinə sahib çıxmaq və MM-in binasına gedən yolları tapıb-tanımaq lazımdı.

Uğurlar olsun!

Ağsudan millət vəkili kim olsa yaxşıdı?.. - Mənim seçimim
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}