Putinin Bakı səfərindən nələr gözlənilir?.. - Korotçenko

10:41 17.08.2024 1 463
Putinin Bakı səfərindən nələr gözlənilir?.. - Korotçenko

Dünyada qloballaşmanın dağılması, regional birlik və təşkilatların əhəmiyyətinin yenidən qiymətləndirilməsi ilə bağlı yeni geosiyasi vəziyyət yaranır. Bu baxımdan Rusiya və Azərbaycan kimi bir-birinə vacib olan iki ölkə Rusiya liderinin Bakıya dövlət səfərini hər iki tərəf üçün aktual görünən bütün məsələlərin müzakirəsi üçün istifadə edəcək.

Xəbər verilir ki, bu sözləri rusiyalı tanınmış politoloq İqor Korotçenko Rusiya Prezidenti Vladimir Putinin Bakıya baş tutacaq səfərini “Vestnik Kavkaza”ya şərh edərkən deyib.

"Rusiya prezidentinin səfəri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, Qarabağın dirçəldilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün genişmiqyaslı proqramların həyata keçirildiyi şəraitdə baş tutacaq. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması da son mərhələdədir.

Eyni zamanda, Ermənistandan bir növ “Troya atı” kimi istifadə edərək, Cənubi Qafqaza nüfuz etmək və orada möhkəmlənmək üçün regiondankənar oyunçuların israrlı səylərini görürük. Bu, istisnasız olaraq Cənubi Qafqazın bütün ölkələri üçün ciddi təhlükəsizlik çağırışıdır və prezidentlər bu barədə mütləq danışacaq.

Rusiya ilə Azərbaycan arasında regionlararası, siyasi, ticari-iqtisadi əlaqələr, o cümlədən enerji sektoru uğurla inkişaf edir. Rusiya siyasi rəhbərliyi Azərbaycana ən mühüm strateji tərəfdaş kimi baxır. Ümumiyyətlə, Azərbaycanın nüfuzu artır, xalqa və iqtisadiyyata xeyir vermək üçün Rusiya-Azərbaycan birgə səyləri son dərəcə vacib görünür”,
- o bildirib.

Politoloq qeyd edib ki, əvvəlki dövrdə Azərbaycan Rusiya silahlarının ən böyük alıcılarından biri olub:

"Hərbi-texniki əməkdaşlıq məsələlərinin də Vladimir Putinin İlham Əliyevlə aparacağı danışıqların mühüm tərkib hissəsinə çevriləcəyini deməyə əsas var. Gözləyirik ki, səfər zamanı Rusiyanın müxtəlif profilli şirkətlərinin işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpasında iştirakına dair razılaşmalar da əldə olunacaq.

Bu, çox ciddi səfərdir, prinsipial xarakter daşıyır".

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}