Putin Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək – Şərh

16:23 19.08.2024 973
Putin Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək – Şərh

Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün mətbuata açıq hissəsində iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin artan səviyyəsindən məmnun qaldığını söylədi. Prezidentlər iqtisadi əlaqələrin və ticarətin artımından da məmnun qaldıqlarını bildirdilər. Bunlar iki liderin son illər görüşlərdə səsləndirdikləri oxşar ifadələrdir.

Xəbər verilir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Putinin Bakıda Ukrayna münaqişəsi və Cənubi Qafqaz barədə nə deyəcəyi maraqlı idi:

“Hər kəs yaxşı bilir ki, Rusiya da böhranlarla üz-üzədir, ilk növbədə Ukrayna istiqamətində... Lakin Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə tarixən cəlb olunması bizə bu hadisələrdə iştirak etmək zərurətini diktə edir”, - deyən Putin bildirdi ki, Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı əlbəttə ki, tərəflərin tələb etdiyi ölçüdə olacaq.

“Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiyası, demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq”, - Rusiya lideri vurğulayıb.

Bu açıqlamadan hansı nəticə çıxır? Birincisi, Putin demək istədi ki, Rusiyanın əsas diqqəti və potensialı Ukrayna müharibəsinə yönəlsə də, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək. Onun Rusiya üçün indiki ağır vəziyyətdə Azərbaycana səfəri də bunu sübut edir. Vladimir Putin İlham Əliyevə onu da xatırlatdı ki, o Moskvaya qayıtdıqdan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışacaq və Bakı görüşünün təfərrüatını onun diqqətinə çatdıracaq. Aydındır ki, bunu diplomatik etiket tələb edir. Ancaq Putin bu cümləsiylə həm də onu deməyə çalışdı ki, Paşinyandan xoşu gəlməsə də, Azərbaycanla Ermənistan arasında balansı saxlayacaq. Putin Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəaliyyət göstərəcəyini desə də, buna Bakının və İrəvanın ehtiyacı yoxdur. Ümumiyyətlə Bakı ilə İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, Bakı ilə İrəvan arasında danışıqlar vasitəçi olmadan davam edir, hökumətlərarası komissiya sərhəddə görüşür, xarici işlər nazirləri e-mail vasitəsilə sülh sazişinin mətnini müzakirə edirlər. Moskva Vaşinqton və Berlin kimi Azərbaycan və Ermənistan rəsmilərinin görüş yeri kimi seçilə bilər, ancaq İrəvan Rusiyanın vasitəçiliyinə müsbət yanaşmır. Rusiyanın Qarabağda konsulluq açmaq istəyi də reallıqla uzlaşmır”.
(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}