Yeni internet qiymətlərilə razılaşmayanlar hansı əsaslarla cərimələnir? - AÇIQLAMA

16:25 27.08.2024 1 106
Yeni internet qiymətlərilə razılaşmayanlar hansı əsaslarla cərimələnir? - AÇIQLAMA

Son günlər Aztelekom MMC-nin yeni tariflərindən imtina edən internet abunəçilərinə 130 manat cərimə kəsildiyi iddia olunur.

Maraqlıdır, iddia doğrudursa, vətəndaşlara niyə seçim haqqı verilmir? 25 manatı ödəyə bilməyən vətəndaş 130 manatı necə ödəyəcək?

Məsələ ilə bağlı Oxu.az-a "Aztelekom" MMC-nin Mətbuat Xidmətindən bildirilib ki, abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir.

"Belə ki, müqavilə şərtləri və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə, yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər. Bu halda xidmətlərdən imtina ilə bağlı abunəçidən ONT modeminin geri qaytarılması istənilir və həmin avadanlığın dəyəri tələb edilmir.

Tariflərin tətbiq edildiyi 15 avqust 2024-cü il tarixindən etibarən 30 gün müddətində abunəçinin yazılı müraciəti əsasında internet xidmətindən imtina etməsi keçərlidir. Abunəçi ONT modemi saz vəziyyətdə geri qaytardığı halda təqdim edilmiş avadanlığın dəyəri tələb edilmir. Tarif dəyişikliyi ilə bağlı xidmətdən imtina edən abunəçilər filiallara yaxınlaşaraq ərizə ilə müraciət etməlidirlər"
, - deyə məlumatda vurğulanıb.

Əlavə olunub ki, tariflərin tətbiq edildiyi tarixdən 30 gün ərzində xidmətdən imtina ilə bağlı yazılı müraciətin edilməməsi abunəçi ilə yeni tariflər barədə razılaşmanın əldə edilməsi kimi qiymətləndirilir:

"Müəyyən edilmiş müddət keçdikdən sonra qiymət dəyişikliyinə əsaslanaraq xidmətdən imtina edilməsi müqavilə üzrə razılaşdırılmış öhdəliyin pozulması hesab ediləcək".

Qurumdan, həmçinin, istifadəçilər üçün qaydalar barədə də məlumat verilib.

"Aztelekom"un optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar​ bu cürdür:

- 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

- Standart müqavilə (telefoniya + internet) - İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

"Aztelekom"un ADSL xidmətindən optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçiləri üçün qaydalar:

- 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

- Standart müqavilə (telefoniya + internet) - İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

"Baktelecom"un optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar​ isə aşağıdakı kimidir:

- 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

- Standart müqavilə (telefoniya + internet) - İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

- Standart müqavilə (telefoniya) - İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün 110 AZN ödəniş edir.

"Baktelecom"un ADSL xidmətindən optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçiləri üçün qaydalar:

- 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

- Standart müqavilə (telefoniya + internet) - İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

- Standart müqavilə (telefoniya) - İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün 110 AZN ödəniş edir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}