Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - VİDEO

18:34 31.08.2024 1 743
Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - VİDEO

“No War” kimi tanınan təxribatçı dəstənin bir üzvü olan Bəhruz Səmədov 2020-ci ildən, yəni Vətən Müharibəsi dövründən başlayaraq Ermənistan Respublikasının Xüsusi Xidmət Orqanları nümayəndələri və onlarla əməkdaşlıq edən həmin ölkənin vətəndaşları ilə də təmaslara keçib.

Bakupost.az xəbər verir ki, bu barədə Baku TV-nin süjetində deyilir.

Bildirilib ki, həmin dəstənin üzvləri özlərini hər zaman guya sülh tərəfdarı, müharibə əleyhdarı kimi göstərməyə çalışaraq, ölkə üçün məsul dövrlərdə əsasən erməniləri və Ermənistanın Azərbaycana təcavüzünü müdafiə edib, Qarabağdakı separatçıları dəstəkləyiblər.

Qeyd edilib ki, B.Səmədovun əlaqəyə girdiyi şəxslər arasında İrina Safaryan, Lilit Şahverdiyan, Sossi Tatikyan və başqaları olublar:

“Adlarını çəkdiyimiz şəxslərdən Lilit Şahverdiyanın üzərində xüsusi durmağa ehtiyac var. Azərbaycanın vaxtı ilə işğalda olan Qarabağ bölgəsindən olan bu qızcığaz Parisdə siyasi araşdırmalar İnstitutunda maqistr təhsili alıb. Hətta onu sözügedən İnstituta qəbulu münasibətilə öz “X” hesabında Fransanın Ermənistandakı səfiri Olive Dekotini də təbrik edib”, - süjetdə deyilir.

Bundan başqa vurğulanıb ki, Dekotininin Lilit Şahverdiyana xüsusi münasibəti də maraq doğurur.

“Ermənistan Xüsusi Kəşfiyyat Xidməti məhz Fransa tərəfindən qurulub və inkişaf etdirildiyi nəzərə alınsa, Lilitin Ermənistan xüsusi xidmət orqanlarına təsadüfən cəlb olunmadığı aydın olur”.

Süjetdə deyilir ki, Bəhruz Səmədov adı çəkilən Ermənistan Respublikası vətəndaşlarının tapşırığına əsasən, Azərbaycanla Ermənistan arasında həmsərhəd rayonları və Qarabağ iqtisadi rayonunda baş verən vacib proseslər barədə məlumatlar toplayaraq həmin şəxslərə təqdim edib. Bundan başqa həmin tapşırıqların yerinə yetirilməsi çərçivəsində Bəhruz Səmədov Azərbaycan ərazisində milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış dezinformasiya və təxribat xarakterli məlumatlar hazırlayaraq sosial şəbəkə platformalarındakı müxtəlif hesablarında paylaşıb:

“Ermənistan Xüsusi Xidmət Orqanlarına işləyən İrina Safaryanla vatsap mobil tətbiqi vasitəsi ilə apardığı yazışmalar zamanı Safaryana Qarabağ və digər regionlarda cərəyan edən proseslər, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin geri qayıdışı ilə bağlı vəziyyət, həmçinin həmin ərazilərdə aparılan inşaat işləri və başqa mövzularda məlumat toplayıb göndərmək tapşırığı alıb. Bəhruz Səmədov isə həmin tapşırıqlara uyğun olaraq mümkün olan bütün məlumatları toplayaraq İrina Safaryana göndərib”.

Süjetdə bildirilir ki, Ermənistan Xüsusi Xidmət Orqanları ilə əməkdaşlıq edən Lilit Şahverdyanın “Lilit Stepanakert” adlı teleqram kanalı ilə apardığı yazışma zamanı isə Şahverdiyandan konkret tapşırıq alan Bəhruz Səmədov, ona şəkili göndərilən Azərbaycan vətəndaşı barədə məlumatlar toplayaraq Ermənistan tərəfə ötürməklə Azərbaycan əleyhinə, düşmənçilik məqsədi ilə xarici dövlətə casusluq edib, xarici dövlətin təşkilat və nümayəndələrinə kömək göstərməklə Azərbaycan dövlətinə xəyanət edib.

“Bundan əlavə olaraq Bəhruz Səmədov vaxtı ilə Qarabağda yerləşmiş Rusiya sülhməramlılarının fəaliyyəti və bölgədə baş verən diqqətçəkən proseslər, həmçinin Azərbaycandakı radikal dini cərəyanlar, o cümlədən “Hüseyniyyun” cinayətkar birliyinin fəaliyyəti və üzvləri barəsində məlumat toplamaq tapşırığı aldığı Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Yegiya Taşjyan adlı şəxsə onun tapşırığına uyğun topladığı geniş informasiyanı təqdim edib”.

Bildirilib ki, qeyd olunan konkret əməllərin araşdırmalar nəticəsində ifşasından sonra Bəhruz Səmədov 21 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılıb, 23 avqust 2024-cü il tarixdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü - dövlətə xəyanət maddəsi ilə 4 ay müddətinə həbs edilib.

Baku TV-nin materialında vurğulanır ki, Bəhruz Səmədovun Azərbaycan əleyhinə fəaliyyəti yalnız qeyd edilənlərlə bitmir:

“O, erməni diasporu tərəfindən Praqada “Azərbaycan dövləti tərəfindən Qarabağda etnik təmizləmə aparılması, erməni mədəni irsinin məhv edilməsi” mövzusunda təşkil olunan tədbirdə iştirak edərək Ermənistan dövlətinin maraqlarına xidmət edən və ölkəmiz əleyhinə yönələn fikirlər səsləndirmiş, o cümlədən həmin tədbirdə iştirak edən zaman təsisçisi olduğu “SAMQ” teleqram qrupuna “milli kimliyimdən və qanımdan utanıram, azərbaycanlıların ermənilərə etdiklərinə görə onlardan üzr istəyirəm, Azərbaycanda yeganə pozitiv hərəkat birbaşa Azərbaycan adlı dövlətə və kimliyə qarşı olmalıdır” məzmunlu mesajlar yazaraq, dövlətə qarşı təbliğat təşkil edib”.

Materialda bildirilir ki, Bəhruz Səmədov 26 may 2024-cü ildə erməni kilsəsi tərəfindən Praqada təşkil olunmuş digər tədbirə də eyni məqsədlə cəlb olunmuş, orada da eyni mövqedən çıxış edib.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}