Bu gecə Bakını bürüyən pis qoxu barədə açıqlama

11:46 4.09.2024 1 281
Bu gecə Bakını bürüyən pis qoxu barədə açıqlama

Gecə saatlarından səhərə kimi Bakı şəhərinin müxtəlif yerlərində kəskin qoxu hiss edilib.

Bu barədə Musavat.com-a paytaxt sakinləri məlumat veriblər.

"Gecə 4-5 olardı, boğula-boğula yuxudan oyanmışıq, zibil qoxusuna bənzər bir iy gəlirdi. Xeyli gözlədik ki, bəlkə keçər, amma səhərə kimi getmədi. Yenə gecə vaxtı hansısa zavodu gizlicə işə salıb, camaatı zəhərləyirlər", - deyə Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 157 ünvanında yaşayan Səyyarə Əliyeva deyib.

Xırdalan şəhər AAAF Park sakini Türkan Qasımova da eyni şikayətlə sayta müraciət edib. O bildirib ki, pis qoxuya görə səhhətində problem yaşayıb.

Qeyd edək ki, onsuz da iki gündür şəhəri toz-duman bürüyüb, insanlar özlərini narahat hiss edirlər.

Bəs şəhəri bürüyən bu qoxunun səbəbi nədir?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvərlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bunları deyib:

"Tozla bağlı açıqlama vermişik, Türkmənistandan gəlib. Amma pis qoxu ilə bağlı hər hansı məlumat yoxdur".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}