Azərbaycanda biznes kreditlərinə maraq niyə artmır? - AÇIQLAMA

13:31 4.09.2024 903
"İstehlak kreditləri yüksək faizlə verilir və bu da riskli kredit sayılır"
Azərbaycanda biznes kreditlərinə maraq niyə artmır? - AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin II rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi əvvəlki illə müqayisədə dörd faiz bəndi artaraq 23 faiz təşkil edib.

Bu göstərici I rüb ilə müqayisədə isə iki faiz bəndi artıb. Respondent bankların 75 faizi əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 faizi isə orta dərəcədə artım olduğunu bildirib.

Qeyd edək ki, əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksinin ən yüksək göstəricisi 2022-ci ilin II rübündə (29%) olub.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, istehlak və ipoteka kreditləri cəmi kredit portfelinin təxminən yarısını təşkil edir və bu da beynəlxalq standartlara görə təhlükəli hesab olunur:


"İstehlak və ipoteka kreditlərinin cəmi kredit porfelinin üçdə biri qədər olması normal sayılır. Amma bu göstərici daha artıq olunca təhlükə və riksləri artırır. Digər problem də odur ki, ölkədə biznes kreditlərinə maraq artmır. Yəni cəmi kredit portfeli həcm olaraq artsa da, biznes kreditlərinin həcmi yüksəlmir. Bu da onu göstərir ki, biznes çevrələrinin kreditləşməsi hələ də problem olaraq qalır".

Ekspert vurğulayıb ki, şərtlərin ağır olması, o cümlədən faizlərin yüksək olması kreditə marağın azalmasına səbəb olur:

"Belə olanda da daha az iş yerləri, daha az müəssisələr açılır. Başqa sözlə, bu, iqtisadi aktivliyin təşviqi baxımından yaxşı hal deyil. Təhlükə ondan ibarətdir ki, əsasən də istehlak kreditləri yüksək faizlə verilir və bu da riskli kredit sayılır. Bu tendensiyanın müəyyən bank sektoru üçün təhlükəli olduğunu söyləməkdə yarar var. İstehlak kreditləri həcminin yüksək olması həm də inflyasiya yarada biləcək faktora çevrilir".

N.Cəfərli əlavə edib ki, ölkədə kredit portfeli o qədər də böyük deyil. Sadəcə, onun strukturunda istehlak və ipoteka kreditlərinin çox olması müəyyən təhdid və təhlükə yaradır.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}