ƏDV-lərlə bağlı problem – Vətəndaşların pulu niyə qaytarılmır?

14:08 5.09.2024 1 134
ƏDV-lərlə bağlı problem – Vətəndaşların pulu niyə qaytarılmır?

Son vaxtlar bəzi mağaza, aptek, eləcə də ictimai-iaşə müəssisələrində verilən qəbzlərin ƏDV-lərində problemlər yaşanır. Bəzi hallarda QR kodu “scan” etmək, bəzən isə “fiscal” kodu oxumaq mümkün olmur.

Daha çox şikayətlər isə apteklərlə bağlıdır. Belə ki, bir çox hallarda vətəndaşlar aptekdə ƏDV-nin verildiyindən xəbərsiz olur. Dərman alarkən bununla bağlı vətəndaşa məlumat verilmir. Yalnız alıcı özü müraciət etdikdə, aptek işçiləri “gözləyin çekinizi verək” deyirlər.

Həmçinin geyim mağazalarında da oxşar hallar yaşanır. Belə ki, müştərilərə 2 çek verilir. Biri ödəniş, digəri isə ƏDV. Əgər alıcı tələb etməsə, ƏDV çeki verilmir.

Bəs ƏDV-lərlə bağlı problem nə zaman həll olunacaq? Niyə adı çəkilən obyektlərdə müştərilərə çek verməkdən yayınma halları baş verir?

Məsələ ilə əlaqədar iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib.


Onun sözlərinə görə, ƏDV ilə bağlı yaşanan problem vergidən yayınma növüdür:

“Bunun qarşısını almağın yeganə yolu ƏDV-nin azaldılmasıdır. Vətəndaşa da, iş adamlarına da sərf edən sistem yaradılmalıdır. Ərzaq məhsullarında və dərman preparatlarında 18 faiz ƏDV həddindən artıq yüksək rəqəmdir. Bunu 2 faizə endirmək lazımdır. Hesabatlılıq üçün 2 faiz kifayət edir. Çünki ƏDV-nin funksiyası təkcə büdcəyə pul yığmaq deyil. Bu funksiyalardan biri də hesabatlılıq, dövriyyənin leqal olmasına nəzarət mexanizminin yaradılmasıdır. Əgər ƏDV 2 faiz olsa, "ƏDV-ni geri al" proqramına da ehtiyac qalmır. Çünki pul insanların cibində qalır. Nəticə etibarilə heç kim 2 faizdən yayınmaz. Yəni, 2 faizə görə heç kim riskə getməz, cərimələnmə, hansısa cəzaya məruz qalmaqdansa, onu ödəməyə razı olar. Ona görə də problemin köklü həlli ərzaq və dərman preparatlarına görə ƏDV-ni 2 faizə endirməkdir. Qeyri-ərzaqlar məhsulları, məsələn, məişət əşyalarında, geyimlərdə ola bilər ki, 18 faiz qalsın. Amma ərzaq və dərman preparatlarında faiz endirilməlidir ki, problem həllini tapsın”.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}