Gürcüstan ərazisi üçün müharibə etməkdən niyə çəkinir?

20:56 1.01.2023 1 706
Gürcüstan ərazisi üçün müharibə etməkdən niyə çəkinir?


Qaribaşvilinin Yeni il çıxışında abxazlara və osetinlərə təklifi Azərbaycanın 44 günlük müharibədəki Qələbəsinin əhəmiyyətini bir daha göz önünə gətirir...


İlsonu dövlət başçılarının və ya o statusda olan baş nazirlərin xalq müraciəti əslində vacib təmas formatıdır. Dövlət rəhbərləri ötən ilə yekun vururlar, ölkə qarşısında dayanan əsas vəzifələri sadalayırlar. Amma məsələn, bilirdinizmi ki, Özbəkistana 1989-cu ildən 2016-cı ilədək rəhbərlik etmiş İslam Kərimov özünə zəhmət verib bir dəfə də televiziya vasitəsilə xalqa müraciət etməyibmiş. Bunu elə-belə dedim, maraqlı fakt kimi yadda saxlamaq üçün...

Yola saldığımız il dünya üçün çətin oldu, eləcə də Cənubi Qafqaz regionunda barəsində çox danışılan, müxtəlif paytaxtlarda müzakirə edilən sülh razılaşması imzalanmadı. İlin əvvəlində şəxsən məndə belə bir optimizm yox idi, amma ilin sonunda vəziyyətin hətta 2020-ci ilin sentyabr ərəfəsini xatırladacaq həddə gərginləşəcəyi həqiqətən də gözlənilməz oldu.



Prezident İlham Əliyev xalqa müraciətində bir il ərzində aparılmış sülh danışıqlarının təfərrüatı haqda xüsusi danışmadı, yalnız onu qeyd etdi ki, oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb. Əlavə etdi ki, Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər.
Zəngəzur dəhlizinə gəlincə isə, əminliklə dedi ki, genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Və fikirinə bu cümlələrlə yekun vurdu: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də... Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”. Kİfayət qədər əminliklə deyilmiş fikirlərdir. Bu əminlik isə yəqin ki, təkcə 10 noyabr razılaşmasının icrasının vacibliyindən irəli gəlmir.
Ermənistanda məxməri inqilabdan sonra aldığı geniş səlahiyyətlər səbəbindən 2019-cu ildən xalqa müracəti baş nazir Nikol Paşinyan edir. Onun dünənki çıxışını da əvvəldən-axıra oxudum, içində reginon gələcəyini mühüm töhfə verə biləcək sülh razılaşması haqda bir cümlə də yoxdur. Sanki il ərzində nə bu barədə danışıqlar olub, nə özü bu barədə bir-birinə zidd olan ən müxtəlif açıqlamalar verib. Paşinyanın niyə Ermənistan üçün taleyüklü bu məsələ haqda susmasının səbəbləri aydındır. Nə deyə bilərdi ki? Erməni xalqının sağlam düşünə bilən hissəsi 2020-ci ilin noyabrından gerçəkliyi daha yaxşı anlayır. Paşinyan da, ölkənin formal prezidenti Xaçaturyan da müraciətlərində 2022-ci ilin Ermənistan üçün “ağır sınaqlar ili” kimi qiymətləndirdilər,amma xalqa açıq demədilər ki, bunun səbəbi apardıqları yanlış siyasətdir. Paşinyan 2023-də sülh gözləntilərindən də danışmadı, halbuki ölkəsi üçün bundan vacib heç bir mövzu yoxdur, ya da digər məsələlərin həlli birbaşa və ya dolayısı ilə məhz sülh müqaviləsindən asılıdır. Xalqın güzaranın yaxşılaşdırılması, regionun inkişafı da, iqtisadi potensialın artması da sülh müqaviləsinin imzalanmasına bağlıdır.
Ermənistan “öz südünə görə mələmir”, İrəvanı bəzi beynəlxalq dairələr və Fransa kimi dövlətlər qızışdırır. Xankəndidə artan separatçılıq da məhz bu qüvvələrin fitnəsidir. Ermənistan regionda tarixən “əl bombası” rolunu oynayıb, indi də başına gələnlərdən nəticə çıxarmayaraq, o “bomba” siyasətini davam etdirməkdədir. Amma regionda qüvvələr nisbətinin dəyişdiyinin də fərqindədirlər. Paşinyan çıxışında işlətdiyi yeganə ağıllı fikir də zənnimcə, regionla bağlı dedikləri bir cümlə oldu. Ermənistanın baş naziri “regiondakı vəziyyətlə bağlı bütün erməni xalqının düşünməsi üçün müstəsna vaxt yetişib” - dedi.



Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxışında da ölkəsinin cəlb olunduğu ərazi münaqişələri ilə bağlı maraqlı təklifləri olub. 2008-ci ilin avqustunda Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək üçün başladığı miqyaslı hərbi əməliyyatların niyə uğursuzluğa düçar olması barədə indi daha aydın fikir bildirmək mümkündür. Rusiya həmin vaxt çox güclü mövqeyə malik idi və Gürcüstanı da, o zamankı prezident Saakaşvilini də Qərb Putinin(o vaxt formal olaraq baş nazir idi) qəzəbindən zorla qurtardı. Qərb belə görünür ki, Ukraynadan əvvəl Gürcüstanı Rusiya ilə toqquşdurmaq üçün Saakaşvilini bu hazırlıqsız savaşa çəkə bildi. Qərb anladı ki, balaca Gürcüstan təpədən-dırnağa silahlı Rusiya ilə müharibədə elə 5 gün davam gətirə bilər. O səbəbdən 2014-cü il Maydan hərəkatından sonra Ukraynanı Rusiya ilə müharibə üçün hazırlamağa başladı. Merkel də bugünlərdə etiraf edib ki, Rusiya-Ukrayna arasındakı Minsk razılaşması Kiyevi genişmiqyaslı müharibəyə hazırlamaq üçün vaxt qazanmağa hesablanmışdı...



Gürcüstan qonşusu Azərbaycanın zəfərlə bitmiş 44 günlük Qarabağ müharibədən sonra da ərazi bütövlüyünü “pul hesabına geri almaq istəməsi” bir az da düşündürücüdür. Qaribaşvili Yeni il müraciətində “ölkənin birləşməsi halında” Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib. Baş nazir deyib ki, Abxaziyanın büdcəsi cəmi 200 milyon dollardır, tam dotasiya ilə dolanır. “Siyasətimiz sülhsevərdir, biz yaraları sağaltmaq istəyirik. Ölkəmizin birləşməsi halında biz Abxaziyaya ilk üç ildə təxminən 10 milyard dollar sərmayə qoya bilərik. Abxaziya ikinci Monakoya, Suxumi isə ikinci Monte Karloya çevirə bilərik" - deyə, Gürcüstanın baş naziri söz verib.
Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək üçün sülhə üstünlük verməsinə irad bildirmək olmaz, amma bu, Azərbaycanın 44 günlük müharibədə Qələbəsinin necə əhəmiyyətli olduğunu bir daha göz önünə gətirir. Xristian bir ölkə ərazi bötüvlüyünü bərpa etmək üçün milyardlar təklif edir…
Həm Əliyevin, həm Qaribaşvilin çıxışılarda Qafqazda sülhə işıq var, amma Paşinyanın müraciətində sual və kölgə…Bu millət Qafqazda olmasaydı, region bütün dünyaya nümünə göstərilə bilərdi…

Nazim SABİROĞLU
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}