“Meyitimi tapsanız, bilin ki, məni polislər işgəncəylə öldürüblər” - İLGİNC

19:12 26.01.2023 1 628
“Meyitimi tapsanız, bilin ki, məni polislər işgəncəylə öldürüblər” - İLGİNC

“Qardaşım gecəyarısı mənə zəng vurdu. Dedi ki, səni aldadıblar, məni polisdən buraxmayıblar. O qədər döyüblər ki, sidiyə qan gedirəm. Boynuma açılmayan cinayətləri qoymaq istəyirlər. Sabah meyitimi küçədən tapsanız, bilin ki, məni Sumqayıt Polis İdarəsində işgəncəylə öldürüblər”.

Meydan TV: Bunu Sumqayıt sakini Cavid İbrahimov deyib.
O bildirib ki, Ağdamın Əfətli kəndində yaşayan qardaşı, əvvəllər polis orqanında işləmiş Şəhriyar İbrahimov yanvarın 15-də Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb. Orada işgəncələrə məruz qalıb, iki gün sonra – yanvarın 17-də məhkəməyə çıxarılaraq, polisin qanuni tələbinə əməl etməməkdə təqsirləndirilərək, ona 10 günlük inzibati həbs cəzası verilib.

Cavid İbrahimov deyib ki, qardaşı Şəhriyar İbrahimov əvvəllər hərbi sahədə işləyib, hətta xüsusi təyinatlı olub, hərbi hissədə MAXE olaraq çalışıb. 2016-cı ildə polis orqanına işə düzəlib. Elə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis bölməsində əməliyyatçı işləyib. 2019-cu ildə yol polisləriylə mübahisəsi düşüb, barəsində cinayət işi açılıb, işdən çıxarılıb. Ancaq sonradan bəraət alıb. Ağdam Polis İdarəsində iş təklif olunub, amma özü imtina edib.
O, bir neçə gün əvvəl qardaşının başına gələnlər barədə bunları deyib:

“Yanvarın 14-də Şəhriyara Ağcəbədi polisindən zəng olub, polis şöbəsinə çağırılıb. Səbəb kimi deyilib ki, guya onun maşınıyla hadisə törədilib. Qardaşım yanvarın 15-də Ağcəbədi Polis İdarəsinə gedib. Məlum olub ki, maşın-hadisə söhbəti uydurmadır. Qardaşımı oradan buraxmayıblar, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları gəlib, qardaşımı təhvil alıb, aparıblar. Mən xəbər tutan kimi, yanvarın 16-da Sumqayıt Şəhər Polis İdarəsinə getdim. Dedilər ki, qardaşın oğurluq edib, ona görə gətirmişik. Əlavə məlumat ala bilmədim, evə gəldim. Axşam saat 9-un yarısı olardı, qardaşım zəng vurdu, dedi ki, məni yarım saata buraxırlar, gəlirəm sizə. Gəlib çıxmadı, özüm idarəyə getdim. Dedilər ki, qardaşını çoxdan buraxmışıq, burada yoxdur. Mən də qayıdıb gəldim evə…”.

Şikayətçinin sözlərinə görə, yanvarın 16-dan 17-nə keçən gecə saat 3 radələrində qardaşı zəng vurub, polisdən buraxılmadığını deyib:
“Bilmirəm, hardan, kimdən telefon əldə edib, zəng vurmuşdu. Dedim ki, bəs sən niyə gəlmədin? Dedi ki, məni buraxmadılar, səni də aldadıblar. Biləsən ki, hələ də burada saxlanılıram. Boynuma oğurluq cinayətləri qoymaq istəyirlər. Məni o qədər döyüblər ki, sidiyə qan gedirəm, tərpənə bilmirəm”.

Cavid İbrahimov deyib ki, yanvarın 17-də qardaşını məhkəməyə götürüblər:
“Qardaşımı elə polis idarəsində səhərədək döyüblər, oğurluq cinayətlərini boynuna qoymaq üçün izahatlara qol çəkdirmək istəyiblər. Baxıblar ki, 48 saatdan çox saxlaya bilməzlər, vaxt bitmək üzrədir, bədənində işgəncə izləri olduğuna görə bu vəziyyətdə də buraxa bilməzlər. Götürüb inzibati protokol tərtib ediblər ki, guya qardaşım idarədən buraxılıb, gedib, 4-cü Polis Bölməsinin ərazisində polislərlə mübahisə edib, onların qanuni tələbinə əməl etməyib, saxlanılıb”.

“Onda anladım ki, məni də buna görə “qardaşın idarədən buraxılıb” - deyərək, aldadıb yola salıblar. Beləliklə, qardaşım barəsində qondarma inzibati protokol tərtib edərək, məhkəməyə göndəriblər. Hakim baxıb ki, qardaşımın üz-gözündə işgəncə izləri var, yeriyə bilmir, qardaşım barəsində 10 günlük inzibati həbs qərarı versə də, üzərindəki xəsarətlərlə bağlı Sumqayıt Prokurorluğuna sənəd göndərib”, – deyə, o bildirib.

Cavid İbrahimovun sözlərinə görə, qardaşı Şəhriyar İbrahimova dövlət tərəfindən vəkil təyin olunub. Vəkil vətəndaşa qarşı polisdəki işgəncə faktlarına görə prokurorluğa və Ombudsman Aparatına məktub göndərib. Buna görə də Şəhriyar İbrahimovu həmin vəkildən imtina etməyə məcbur ediblər.

Cavid İbrahimov qardaşının başına gələnlərlə bağlı Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa, Sumqayıt şəhər Prokurorluğuna müraciət edib, ancaq hələ də cavab ala bilmədiyini deyib.

Tələbi isə odur ki, Şəhriyar İbrahimov tibbi ekspertizadan keçirilsin:
“Artıq 10 gündür ki, bu hadisələr baş verib, hələ də ekspertizadan keçirilməyib. Günlər keçdikcə xəsarətlərin yeri də sağalır”.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələ araşdırılır və ictimaiyyətə ətraflı məlumat veriləcək.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}