Qərbi Azərbaycan İcması ABŞ-ın ayrıseçkiliyinə etiraz etdi - BƏYANAT

17:33 20.09.2024 854
Qərbi Azərbaycan İcması ABŞ-ın ayrıseçkiliyinə etiraz etdi - BƏYANAT

Qərbi Azərbaycan İcması ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilmiş dinləmələrlə bağlı bəyanat yayıb.

Bəyanatın mətnini təqdim edirik:

“Qərbi Azərbaycan İcması olaraq sentyabrın 19-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilmiş "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları" adlı dinləmələrdən dərin narahatlığımızı ifadə edirik. Bu dinləmələr zamanı Azərbaycan əleyhinə səsləndirilən ittihamlar, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizliyin və azərbaycanlılara qarşı ayrı-seçkiliyin növbəti təzahürüdür.

Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə davam etmiş işğal nəticəsində 800 minə yaxın azərbaycanlının doğma yurdlarından qovulmasına və onların geri qayıtmasına maneə törədilməsinə münasibətdə ABŞ Konqresinin göstərdiyi laqeydliyi qınayırıq. Xatırladaq ki, Ermənistanın işğal dövründə törətdiyi genişmiqyaslı dağıntılar, əraziləri minalaması və infrastrukturu məhv etməsi səbəbindən, məcburi köçkünlərin öz evlərinə sürətlə qayıtması hələ də mümkün deyil. Həmçinin Ermənistandan yüz minlərlə azərbaycanlının qovulması və onların geri qayıtmaq hüquqlarının pozulmasına ABŞ Konqresinin göz yumması azərbaycanlılara qarşı ayrı-seçkiliyin digər bariz nümunəsidir.

Dinləmələr zamanı məsələlərin dini çərçivədə təqdim edilməsi də təəssüf doğurur. Bu yanaşma dini və etnik qarşıdurmaları qızışdıraraq regionda sülhə və sabitliyə zərbə vurmaq məqsədi daşıyır.

ABŞ Konqresinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik göstərməsi və ölkəmizin suveren hüquqlarını təhrif etməsi qəbuledilməzdir.

ABŞ tərəfinin sözügedən keçmiş qanunsuz rejimin nümayəndələrinə viza verməsi və onların tədbirdə iştirakına şərait yaratması bu ölkənin separatçılığa dəstəyinin göstəricisidir. Bundan əlavə, bu kimi dinləmələrin keçirildiyi qanunvericilik orqanının guya müstəqil olması və onların hökumətin siyasətini əks etdirməməsi barədə bəhanələrlə bağlı bildiririk ki, Konqresin sözügedən addımlarının məhz ABŞ administrasiyasının sifarişi ilə həyata keçirildiyi heç kimdə şübhə doğurmur.

Biz Qərbi Azərbaycan İcması olaraq ABŞ Konqresindən bu cür ayrı-seçkili və təxribatçı yanaşmadan əl çəkməyi tələb edirik. Bu mövqe azərbaycanlıların insan hüquqlarını pozur, dini və etnik qarşıdurmanı alovlandırır, sülh prosesinə mane olur və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərməklə beynəlxalq hüququ tapdalayır.

Biz, həmçinin ABŞ Konqresini azərbaycanlıların Ermənistana geri qayıtmaq hüquqlarını dəstəkləməyə və regionda ədalətli və davamlı sülhün bərqərar olmasına mane olmamağa çağırırıq”.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}